Terapiyada nə baş verir?

Zaman - zaman bu suala cavab verəcək "abzasları" burada paylaşacağam. Hər yeni məlumat yazıldığında xəbərdar olacaqsınız. Yaxşı oxumalar indidən! =1= Bir terapist seans bitdiyində pasientin gülümsəməyini və seansla əlaqədar yaxşı hissetməli olduğunu düşünürsə, o terapiya ən vacib olana fokuslanmayıb deməkdir. Ən vacib olan: pasientlə birlikdə onun psixikasını kəşfetmə səyahətidir.. Bir çox terapist, "yaxşı ana" modelinin … Continue reading Terapiyada nə baş verir?

Advertisements

Doğuş sonrası depressiya

Doğum sonrası qadınların təxminən 10%ində depressiya müşahidə edilir. "Postpartum depressiya" deyilən vəziyyətə dair yeni araşdırmalar maraqlı nəticələr ortaya qoyur. Kədərlilik, yorğunluq və konsantrasiya pozuntuları ilə özünü göstərən doğuş sonrası depressiyanın səbəbinin doğumdan sonra yaşanan hormonal dəyişiklik və ana olmağın gətirdiyi fiziki, intellektual və sosial yüklərdən qaynaqlandığı düşünülür. Araşdırmaya görə qış və yaz aylarında doğuş edən … Continue reading Doğuş sonrası depressiya

Psixoterapevt nə etməz?

İnsanı yaxşı tanıdığını zənn etmək, insan sərrafı olduğunu düşünmək tez - tez psixoloq və psixoterapevt ixtisasları ilə eyniləşdirildiyi üçün, vəziyyət elə bir hal alıb ki, həqiqi məsləkdaşlar sanki bu işi hobbi olaraq görürlər. Kurslara, təhsilə sırf macəra xətrinə gedir, həyat keçimlərini də hava və su ilə təmin edirlər. Təbəssümdən başqa mimikası, sevincdən başqa emosiyası, anlamaqdan … Continue reading Psixoterapevt nə etməz?

Obsessivlər və narsissistlər. Onların eşq macəraları

Narsissistizm və eşq Özünü bəyənməsi ilə tanınan narsissist bir insanın eşq macərası necə olur, bu duyğunu yaşayırmı bilmək istərsiniz, deyilmi? Təxminləriniz vardır mütləqki. Əvvəlcə empatiya qurun, sonra da aşağıdakı açıqlamamı oxuyun. Görək nə dərəcədə tanıya bilirik yaxınımızdakı narsissistləri. Hər insanın özünü bəyənməyə ehtiyacı vardır. Bunun üçün də xarici dəstəyə müəyyən dərəcədə ehtiyac duyar. Bir insan, … Continue reading Obsessivlər və narsissistlər. Onların eşq macəraları

Cinsi həyatla bağlı səhv inanclar

Kişi istənilən qadına necə həzz yaşadacağını bilməlidir. Bu, kişilərin lehinəymiş kimi görünən, yanlış inancdır. İlk başda, kişinin sevişmə üslubunun sorğulanmasına gərək qalmadığı mesajını versə də, problem yarandığında kişinin öz kişiliyini sorğulamağına və vəziyyətin ağırlaşmağına aparıb çıxardır. Yoldaşının (və ya partnerinin) lazımınca zövq almadığını vəya orqazm olmadığını öyrənən bir çox kişi, bu vəziyyəti həll edilə bilən … Continue reading Cinsi həyatla bağlı səhv inanclar

Qısqanclıq. Sağlamdır ya patoloji?

Kontrol edilən telefonlar, şifrəsi qırılan sosial hesablar, açılan yalançı profillər, edilən anonim zənglər, sədaqət kontrolçusu rəfiqələr, məsumiyyətin isbatı üçün atılan son dəqiqə selfiləri və s..... Ah, kor olası qısqanclıq! Nə sevgiləri ayırdı, nə evlər yıxdı, nə günahsız insanları qurban etdi. Qılınc kimi keçib çoxlarının boğazına. Elə bir qılınc ki, hər iki tərəfi də kəskindir. Niyə … Continue reading Qısqanclıq. Sağlamdır ya patoloji?

Bir qələm, bir dəftər, bir də acı xatirələr…

Aranızda əksəriyyətiniz məktəb dövrlərindən gündəlik tutub. Anasının əlinə keçməsin deyə gizlədəcək yerlər axtarıb. Bəzən elə yerdə gizlədib ki, sonra özü də tapa bilməyib. Ya da təmizlik zamanı, anasına qapdırıb. Yazmaq bir yana, gizlətmək üçün nə qədər enerji sərf etmisiniz. Hətta özünüzə məxsus bir əlifba belə yaratmaq istəmisiz, yazdıqlarınızı sizdən başqa heçkəs oxuya bilməsin deyə. Bu gizlətmə … Continue reading Bir qələm, bir dəftər, bir də acı xatirələr…