Qısqanclıq. Sağlamdır ya patolojik?

Kontrol edilən telefonlar, şifrəsi qırılan sosial hesablar, açılan yalançı profillər, edilən anonim zənglər, sədaqət kontrolçusu rəfiqələr, məsumiyyətin isbatı üçün atılan son dəqiqə selfiləri və s..... Ah, kor olası qısqanclıq! Nə sevgiləri ayırdı, nə evlər yıxdı, nə günahsız insanları qurban etdi. Qılınc kimi keçib çoxlarının boğazına. Elə bir qılınc ki, hər iki tərəfi də kəskindir. Niyə … Continue reading Qısqanclıq. Sağlamdır ya patolojik?

Advertisements

Bir qələm, bir dəftər, bir də acı xatirələr…

Aranızda əksəriyyətiniz məktəb dövrlərindən gündəlik tutub. Anasının əlinə keçməsin deyə gizlədəcək yerlər axtarıb. Bəzən elə yerdə gizlədib ki, sonra özü də tapa bilməyib. Ya da təmizlik zamanı, anasına qapdırıb. Yazmaq bir yana, gizlətmək üçün nə qədər enerji sərf etmisiniz. Hətta özünüzə məxsus bir əlifba belə yaratmaq istəmisiz, yazdıqlarınızı sizdən başqa heçkəs oxuya bilməsin deyə. Bu gizlətmə … Continue reading Bir qələm, bir dəftər, bir də acı xatirələr…

Yuxu iflici ft Qarabasma

Bağırırsınız amma səsiniz çıxmır. Üstünüzdə oturan əcayib varlıq sizi boğur, qova bilmirsiniz... Psixoterapevt Şəbnəm Sadıqova Yuxudan qəfil boğulma hissi ilə oyanırsınız, sanki üstünüzdə biri oturub və sizi boğur. Bəzən onunla əlbəyaxaya da çıxa bilirsiniz. Sonra yoxa çıxır.. Nəfəsiniz kəsilir, səslənə bilmirsiniz. Hətta elə həddə gəlib-çatır ki, əllərinizi və ayaqlarınızı tərpədə bilmirsiniz. Qorxudan, çarəsizlikdən çırpınıb durursunuz.  … Continue reading Yuxu iflici ft Qarabasma

Sağlam cinsi həyat üçün diqqət edilməli məqamlar

Şəbnəm Sadıqova Psixoterapevt Cinsəllik həm ən çox maraqlanılan, həm də ən çox qadağan edilən, ən çox danışılan, əslində heç danışılmayan, çox az bilinən amma çox bilindiyi iddia edilən, bir yandan öyünülən, digər yandan da çox utanılan bir mövzudur. Elmi olanla olmayan arasında qalır insanlar. Doğru olanla, qulaqdan dolma məlumatları ayırd edə bilməməyin çarəsizliyini yaşayır cəmiyyət. … Continue reading Sağlam cinsi həyat üçün diqqət edilməli məqamlar

Övladım gecələr yatağını isladır!!!

Araşdırmalar göstərir ki, bu problemə adətən çəkingən, özünə güvənsiz, içinə qapanıq, ailə münasibətlərində problemi olan uşaqlarda rast gəlinir. Övladınız tualet vərdişinə yiyələnməsinə baxmayaraq, ayda dörd dəfə və ya daha artıq yatağını isladırsa, bunu problem hesab edərək, vaxtında professional yardım almaq lazımdır. Enurezin (yatağını islatma) yaranma səbəbi fizioloji və ya psixoloji ola bilər. Fizioloji səbəblərə böyrək … Continue reading Övladım gecələr yatağını isladır!!!

Bir övlad düşünün…

Bir övlad düşünün: 20li yaşlarında, hobbisi yox, işi yox, sosial həyatı yox. Səbəb axtarırsınız deyilmi? Niyə belə oldu? Kimə oxşadı? Onun ziyanxaf, pis övlad olduğunu belə düşünürsünüz. Cəzalandırdınız olmadı, küsdünüz olmadı, iqnor edirsiniz bəlkə işə yarayar. Bəs harada səhv etdiyinizi düşündünüzmü? Öz davranış və yanaşmalarınızı yararlı yöndə dəyişməyə çalışdınızmı? Ağlınıza gəldimi bunlar? Sizə deyim harada … Continue reading Bir övlad düşünün…

“Ruh Bədən və Mən” üçlüsü

Bir insanın öz həyatını necə yaşayacağına, ruhuna necə bir bədəndə həyat vermək istəyəcəyinə ancaq özü qərar verə bilər. Bunu burada möhkəmlədək. Sonralar bu cümləni tez-tez xatırlayacağıq. Cinsi yönəlim təməlindəki diskriminasiya ilə ən çarpıcı insan haqları məsələlərindən biri olmağına baxmayaraq, haqqında ən az işlər görülən mövzulardandır. İnsan cinsiyyəti "qadın ya da kişi" olaraq təsnif edilmiş halda ikən, … Continue reading “Ruh Bədən və Mən” üçlüsü