Həkimlə ünsiyyət qorxusu

- bəs görəsən bu problemim nədən qaynaqlanır? ciddi birşeydir? + bayaq həkimindən niyə soruşmadın? - nə bilim.. qorxdum sual verməyə. hirslənərdi birdən.. Bu tip dialoqlara çox rast gəlirik. Nəinki həkim, başqa sahə üzrə işləyən insanlara qarşı da belə bir çəkingənlik var xalqımızda. Həkimin, istənilən mütəxəssisin vəzifəsi, məsuliyyətidir sizi məlumatlandırmaq, muayinə etmək, sizi dinləmək və ən … Continue reading Həkimlə ünsiyyət qorxusu

Qələbə xəbərçiləri

Noyabr bitir. Və bu ay, iki mənəvi övladım dünyaya gəldi. Onların sayı 18ə çatdı artıq. 6sı qızdır, 12si oğlan. Valideynləri, hər onların gözünə baxdığında qələbəni görəcəklər. Vaxtilə cinsi problemlər yaşayırdılar, lakin, iş təkcə bununla bitmirdi. Etiraf edək ki, ölkəmiz bəzi məqamlarda olduqca qəddardır. Ölkə dediyim, əslində bizlərik. Üzləşmək çətin olsa gərək. Ölkə, torpaq, "onlar" adı altında, … Continue reading Qələbə xəbərçiləri

Ay aman! Uşağım masturbasiya edir!

Övladınızı cinsi orqanına toxunarkən gördüyünüz zaman, verdiyiniz reaksiya nə oldu? Döyərək cəzalandırdım Qışqıraraq təhqir etdim Otağa kilitlədim Panika ilə evdəki digər şəxslərə danışdım Yuxarıdakılardan ən az ikisini etdim... (Bu reaksiyalarınızın, övladınızın gələcəkdə seksual problemlər yaşamağına şərait yaradacağını diqqətinizə çatdırmaq istəyirəm.) Heç anlayışla qarşılayan valideyn yoxdurmu? Var! Lakin, sayları çox azdır. Adətən verilən reaksiyalar yuxarıdakı kimidir. … Continue reading Ay aman! Uşağım masturbasiya edir!

Ay aman! Oğlum qız kimi davranır!

Homoseksuallarının belə bir qismi homofobik olan ölkəmizdə bu cümlənin ağırlığını məlumatlı olan hərkəs daşıyır. Homofobiya, homoseksuallığa və ya homoseksuallara qarşı duyulan qorxu, irrasional nifrət, narahatçılıq, diskriminasiyadır. Birazdan bu mövzuya dair bir çox anlayışlara aydınlıq gətirəcəyəm, lakin, ilk əvvəl başlıqla bağlı yazmaq istəyirəm. Məktəb öncəsi və məktəb yaşı dövründəki bir çox oğlanlar “qız kimi yeriyir”, “qızlarla … Continue reading Ay aman! Oğlum qız kimi davranır!

Eşitmək və dinləmək

İlki qeyri-ixtiyari olduğu üçün asandır. Hərkəs bacarır. İkincisi isə öyrənmək, səy göstərmək ehtiyacı duyurur. Doğuşdan yaxşı dinləyici olan insanların sayı azdır. Əksərən bu bacarıqları insan özü inkişaf etdirməli, möhkəmləndirməlidir. Qarşıdakını anlamağın yolu onu yaxşı dinləməkdən keçər. Eşitmə prosesi, bizim iradəmizdən kənar baş verir, ətrafdan gələn bütün səsləri eşidərik. Lakin, onlardan bizə lazımlı olanı, istədiyimizi dinləyərik. … Continue reading Eşitmək və dinləmək

Terapistiniz ən yaxınınızdadır!

Psixoterapiya sahəsində etdiyimiz ilklərə Online Terapiya da daxildir. Artıq 2 ildir ki bu üstünlükdən yararlanan çox sayda insan oldu, var.  Ölkəmizin müxtəlif kənd və rayonlarından tutmuş, uzaq ölkələrədən olan çox sayda həmyerlilərimiz və xarici vətəndaşlar psixoloji problemlərinə, məsafələrə rəğmən çözüm gətirə bilib, terapiya alıblar. Online Terapiya sizləri azad edir: Tıxaclarda vaxt itirməkdən, Gedəcəyiniz adresi tapmaqda çətinlik … Continue reading Terapistiniz ən yaxınınızdadır!

Yataqları ayırmayın!

Ölkəmizdə hər 5 ailədən təəssüf ki, 4ündə rast gəldiyimiz əsas problemdən biri valideynlərin övladlarının yanında yatmasıdır (ana qızının yanında, ata da oğlunun yanında yatır). Körpəlik dövründə qısa müddət yatmış ola bilərsiniz, lakin, övladlarınız böyüdüyü zaman yoldaşınızla eyni yatağı deyil, uşaqla otağı vəya yatağı paylaşmağınız onlar üçün olduqca yaralayıcı və travmatikdir. Gələcəkdə öz psixoloqlarına danışacaqları vəya … Continue reading Yataqları ayırmayın!