Haqqımda

shabnam_sadigovaİxtisas sahələri yeniyetmə/gənc və yetgin psixologiyası olan Şəbnəm Sadıqova psixoterapevt və cinsi terapist olaraq fəaliyyət göstərir.

Hazırda Türkiyədə yaşayır. Əvvəllər, özünə aid “Terapiya Evi” psixoterapiya mərkəzində və Bakı Dövlət Universitetində işləyirdi. Terapiya Evi fəaliyyətinə İzmirdən davam edir.

Eyni zamanda, Azərbaycanda ilk dəfə olaraq Reproduktiv Sağlamlıq Mərkəzində sonsuzluq diaqnozundan müalicə alan cütlüklərə psixoterapiya yardımı sistemini qurmuşdur.

Və Azərbaycanda ilk dəfə olaraq Online Psixoterapiya sistemini yaratmışdır. Artıq 2 ildən çoxdur ki ölkənin bir çox bölgələrindən və xarici ölkələrdən insanlar bu şansdan yararlanırlar.

Psixologiya üzrə təhsil aldığı qurumlar: Bakı Dövlət Universiteti (bakalavr), Azərbaycan Dövlət Pedaqoji Universiteti (magistr), Cərrahpaşa Tibb Fakültəsi psixiatriya departamenti (staj), Çexiya Psixiatrik konqress, Norveçin “Uni Health” mərkəzi tərəfindən təşkil olunmuş “Ailə psixoterapiyası” kursu, Danimarka/Kopenhagen Universiteti (psixoterapiya kursu), Hollandiya Şimali-Amsterdam, Zaandam və Maastricht şəhərləri (psixoterapiya kursları), Ankarada Prof. Dr. Vamık Volkandan Psixoanalitik Psixoterapiya kursu və s.

Klinik fəaliyyətlərində və elmi araşdırmalarında psixi və neyroinkişaf pozuntularının müəyyən edilməsi, müalicə yolları, sonsuzluq, hamiləlik dövrü çətinlikləri, cinsi problemlər və cinsi maarifləndirmə sahələrinə fokuslaşmışdır.
Psixologiya və psixiatriya sahəsindəki məlumatların hərkəs tərəfindən anlaşılmasını və istifadəsini məqsəd qoyan bir sıra yazılar və məqalələrin müəllifidir.

Holland, ingilis, rus, fars və türk dillərində sərbəst danışır, alman dilini başlanğıc səviyyədə bilir.

Hal-hazırda aşağıdakı problemlərin psixoterapiyası ilə məşğuldur:

  • Cinsi disfunksiyalar
  • Postpartum (doğuş sonrası) depressiya
  • Həyəcan pozuntuları
  • Panik atak
  • Depressiya
  • Obezlik xəstəliyi (şişmanlama)
  • Anoreksiya nervoza, Bulimiya nervoza
  • Yuxu pozğunluqları
  • Manik pozğunluq
  • Post-travmatik stress
  • Obsessiv-kompulsiv pozuntu
  • Sosial fobiya və digər fobiyalar

Müraciət etmək üçün tıklayın:
Online Psixoterapiya

sdShebnem Sadigova
Psychotherapist
E-mail: shabnam.sadig@gmail.com
Phone: +994 50 241 03 40