Cinsi Terapiya

sex-therapist-salary

Cinsi terapiyanın tətbiq olunduğu sahələr:

♀ Qadında cinsi istəyin azalması,
♀ Qadında orqazmın olmaması və ya pozulması
♀ Qadında cinsi əlaqəyə nifrət, diksinmə
♀ Qadında ağrılı cinsi əlaqə, dispareuniya
♀ Vaginizm
♀ Qadında cinsi oyanmanın pozulması, genital reaksiya çatışmazlığı
♀ Qadında yüksək cinsi meyllilik, nimfomaniya
♀ Menopauza və klimakterik sindrom

♂ Kişidə cinsi istəyin azalması
♂ Kişidə orqazmın olmaması və ya pozulması
♂ Kişidə cinsi əlaqəyə nifrət, diksinmə
♂ Kişidə ağrılı cinsi əlaqə, dispareuniya
♂ Kişidə ereksiya pozuntusu, sərtləşmənin olmaması
♂ Kişidə cinsi oyanmanın pozulması, genital reaksiya çatışmazlığı
♂ Vaxtından qabaq eyakulasiya, erkən boşalma
♂ Kişidə yüksək cinsi meyllilik

therappyCinsi terapiya fərd və ya cütlüklə keçirilir. Cütlükdə hər iki tərəfin yaşadığı narahatçılıqlar, nələrin baş verdiyi, özlərini necə hissetdikləri, terapiyaya nə üçün müraciət etdikləri və s. danışılır və problemlə bağlı tibbi-psixoloji məlumatlar verilir. Əgər şikayət edilən problem psixogendirsə, plan qurularaq terapiyaya başlanılır. Terapiyanın gedişatında lazım gələrsə, cütlüklə tək-tək görüşülür və ya fərdi seanslardan birinə şəxsin partneri dəvət edilir. Hər görüşdə, cütlük uğurlu sonluğa bir addım daha yaxınlaşır.

Lazım görüldüyündə terapiyaya cüt olaraq gəlmək, problemin daha qısa zamanda həll olunmağına kömək edir, müalicəni sürətləndirir. 

Ən çox verilən suallar:

sex-therapy

Terapiya nə qədər çəkir? 
Cinsi terapiya vasitəsilə cinsi disfunksiyaların müalicəsi mümkündür. Müalicədə psixoterapevtlə yanaşı cütlüyün də edəcəkləri mühüm rol oynayır. Hər üç tərəfin birgə əməyi, bu terapiya müddətini qısaldır. Əgər cütlük lazım olduğunda bir araya gələ bilirsə, terapiya seanslarını prioritetləşdirirsə, görüşlərə hazır gəlirsə, terapiyanın tələb etdiyi şərtlərə uyursa, bu zaman müddət də qısalır. Təcrübəmdə ən qısa terapiya müddəti 4 gün, ən uzunu isə 3 ay olmuşdur. Bu tamamilə cütlüyün yaşadığı problemin ağırlığına, aralarındakı  münasibətə bağlıdır.
Terapiya bir yarış deyildir. Müddəti düşünmədən, təmkinlə müalicə almaq lazımdır.

Terapiya zamanı iynə-dərman yazılırmı?
Xeyr, cinsi terapiyada heç bir əlavə müalicəyə ehtiyac yoxdur. Psixoterapiya ilə 100% müalicə olunur. Sadəcə danışılır və şərtlər, tapşırıqlar yerinə yetirilir.

Hipnozla müalicə edirsinizmi?
Hipnoz müalicə üsulu deyildir. Cinsi problemlərdə isə ümumiyyətlə istifadəsi düzgün deyildir. Bəzi psixi xəstəliklərdə hipnozdan yardımçı bir metod olaraq, müalicə gedişatında istifadə edilə bilir, lakin bir müalicə şəklində əsla! Cinsi problemlərin 95%-i psixoloji olduğu üçün, insanlarla rasionallıqla, terapevtik abu-havada olmaq, cütlüyün fərdi və cüt şəklində problemini aydınlaşdırmaq və çözümünə çalışmaq effektivdir.
Sizə 3-5 gün sonra nəticə alacağınıza dair vəd verənlərə də inanmayın. Müalicənin metodikası dəqiq ola bilər, lakin nə qədər sürəcəyi əvvəlcədən əsla bilinməz. Diaqnoz hərkəsdə eyni ola bilər, lakin, insanlar fərqlidir və onlara yanaşma individual olmalıdır. Araşdırmağa açıq olun ki, aldadılmayasınız.

Sağalacağıma qarantiya verirsinizmi?
Cinsi terapiya vasitəsilə cinsi disfunksiyaların 100%dir. Sağlamlıqla bağlı qarantiya verilməz. Buna çalışılır, əmək sərf edilir və arzulanan nəticəyə gəlinir.

Müalicə üçün haraya gəlməliyik?
Bakıdakı Terapiya Evi`nə gələ bilərsiniz. Əgər Başqa şəhərdə və ya ölkədə yaşayırsınızsa Online Terapiya ala bilərsiniz. Online Terapiyanın digər terapiyalardan tək fərqi, hərkəsin öz şəraitində olmasıdır. Cinsi terapiyaya cüt şəklində gəlmək lazım olub-olmadığını dəqiqləşdirin. Qeydiyyatdan keçilərək email vasitəsilə məlumat verilir, skype ünvanı əldə edildikdən sonra terapiyaya başlanılır.

Ödənişi necə edə bilərəm?
Hər seans üçün ödəniş istəyə bağlı olaraq mobilebanking`dən Card to Card, ATM-dən, Milliön aparatlarından və ya ofisdə nəğd şəkildə reallaşdırıla bilir. Xaricdə yaşayanlar üçün Western Union metodu əlverişli ola bilir.

Cinsi problemlərlə bağlı məqalələr üçün klikləyin

Vaginizmin müalicəsi
Erkən boşalma. Kimin problemidir?
Vaginizm haqqında əsas suallar və cavabları
Sağlam cinsi həyat üçün diqqət edilməli məqamlar
Vaginizm nədir?
Cinsi problem: vaginizm.
Gəlini çıldağa aparırlar.
Vaginizm 

shebnemsadigova.com saytında yayımlanan, sayta aid yazılar, məqalələr, xəbərlər icazə alınmadan nəşr etdirilməz, internetdə istifadə edilməz, çoxaldılmaz, yayımlanmaz. İcazəsiz istifadə edənlər haqqında hüquqi yollara müraciət ediləcəkdir.