About Shabnam Sadigova

photo: adrianjohnleeds
 
Click for English:
about Shabnam Sadigova

Türkçesi için tıklayınız:
Şebnem Sadıgova kimdir?

İxtisas sahələri yeniyetmə/gənc və yetgin psixologiyası olan Şəbnəm Sadıqova 10 ildir psixoterapevt və cinsi terapist olaraq fəaliyyət göstərir. Hollandiyada cinsi terapiya təhsilini bitirdikdən sonra Azərbaycana ölkənin ilk Cinsi Terapevti olaraq qayıtmış və fəaliyyətinə davam etmişdir.  

Avropa Seksologiya Federasiyası və Avropa Tibbi Seksologiya Cəmiyyəti tərəfindən bu sertifikasiyadan keçən ilk Azərbaycanlıdır.

Hazırda Türkiyədə yaşayır. Əvvəllər, özünə aid “Terapiya Evi” psixoterapiya mərkəzində və Bakı Dövlət Universitetində işləyirdi. Terapiya Evi layihələrlə əlaqəli İstanbul, İzmir, Hanoidən (Vyetnam) sonra hazırda Bakıda fəaliyyət göstərir. 

Azərbaycanda ilk dəfə olaraq Reproduktiv Sağlamlıq Mərkəzində sonsuzluq diaqnozundan müalicə alan cütlüklərə psixoterapiya yardımı sistemini qurmuşdur.

Həmçinin ölkəmizdə ilk dəfə olaraq Online Psixoterapiya sistemini yaratmışdır. Artıq 6 ildən çoxdur ki ölkənin bir çox bölgələrindən və xarici ölkələrdən insanlar bu şansdan yararlanırlar.

Psixologiya üzrə təhsil aldığı qurumlar: Bakı Dövlət Universiteti (bakalavr), Azərbaycan Dövlət Pedaqoji Universiteti (magistr), Cərrahpaşa Tibb Fakültəsi psixiatriya departamenti (staj), Çexiya Psixiatrik konqress, Norveçin “Uni Health” mərkəzi tərəfindən təşkil olunmuş “Ailə psixoterapiyası” kursu, Danimarka/Kopenhagen Universiteti (psixoterapiya kursu), Hollandiya Şimali-Amsterdam, Zaandam və Maastricht şəhərləri (psixoterapiya kursları), Ankarada Prof. Dr. Vamık Volkandan Psixoanalitik Psixoterapiya kursu və s.

Klinik fəaliyyətlərində və elmi araşdırmalarında psixi pozuntuların müəyyən edilməsi, müalicə yolları, sonsuzluq, hamiləlik dövrü çətinlikləri, cinsi problemlər və cinsi maarifləndirmə sahələrinə fokuslanmışdır.

Psixologiya və psixiatriya sahəsindəki məlumatların hərkəs tərəfindən anlaşılmasını və istifadəsini məqsəd qoyan bir sıra yazılar və məqalələrin müəllifidir.

Holland, ingilis, rus, və türk dillərində sərbəst danışır, alman və fars dilini başlanğıc səviyyədə bilir.

Hal-hazırda aşağıdakı problemlərin psixoterapiyası ilə məşğuldur:

  • Cinsi disfunksiyalar
  • Postpartum (doğuş sonrası) depressiya
  • Həyəcan pozuntuları
  • Panik atak
  • Depressiya
  • Obezlik xəstəliyi (şişmanlama)
  • Anoreksiya nervoza, Bulimiya nervoza
  • Yuxu pozğunluqları
  • Manik pozğunluq
  • Post-travmatik stress
  • Obsessiv-kompulsiv pozuntu
  • Sosial fobiya və digər fobiyalar

Müraciət etmək üçün tıklayın:

Bakıdakı ofisim: Terapiya Evi
Xaricdə yaşayanlar üçün: Online Psixoterapiya

Əlavə suallar üçün:
E-mail: shabnam.sadig@gmail.com

shebnemsadigova.com saytında yayımlanan, sayta aid yazılar, məqalələr, xəbərlər icazə alınmadan nəşr etdirilməz, internetdə istifadə edilməz, çoxaldılmaz, yayımlanmaz. İcazəsiz istifadə edənlər haqqında hüquqi yollara müraciət ediləcəkdir.