Seks #1

Cinsi sağlam olmaq nə deməkdir?

Cinsi sağlam olmaq:

Təhlükəsiz seksi təcrübə etməklə öz fiziki və emosional sağlamlığının qayğısına qalmağın və öz bədəninlə, seksuallığınla və münasibətlərinlə konfort içində hiss etməyin deməkdir.

Seksin sənə bir faydası varmı?

Sağlam cinsi həyatının olmağı sənin həm emosional həm də fiziki sağlamlığın üçün faydalıdır. Seks sənə digər insanla əlaqə yaratmağında kömək edə bilər və cinsi həzzin birdən çox faydası vardır – partner olsa da, olmasa da.

Orqazm yaşadığın zaman bədənin təbii yüksəlişi yaşayır. Endorfin ifraz edirsən, hansıki ağrını bloklayan və sənə özünü yaxşı hiss etdirən hormondur.

Cinsi həzzlə əlaqəli digər faydalar da var:

  • Daha yaxşı ümumi sağlamlıq
  • Daha yaxşı yuxu
  • Daha yaxşı özgüvən
  • Daha çox gümrahlıq
  • Daha az stres və gərginlik
  • Daha uzun yaşam

Sağlam cinsi həyatı necə təmin edə bilərəm?

Sağlam cinsi həyatın olmağı, öz qayğına yaxşı qalmağınla əlaqəlidir, partnerin olsa da, olmasa da.

Fiziki olaraq: təhlükəsiz seks təcrübə etmək, mütəmadi olaraq STD testi etdirmək, istənməyən hamiləliyin qarşısını almaq, hər hansısa problem olduğunda həkimi ziyarət etmək.

Öz bədənin haqqında yaxşı hiss etmək, cinsi həzzdən zövq almaq və öz cinsi orientasiyan və gender identifikasiyanla rahat hiss etmək sağlam cinsi həyatın əhəmiyyətli hissələridir.

Sağlam cinsi həyatının olmağı, seksual olaraq nəyi istəyib-istəmədiyini bilmək və partnerinlə ünsiyyət qurmaqla bağlı özgüvənli və arxayın hiss etməkdir. Partnerin sənin sərhədlərinə hörmət etməlidir, sən də onun.

Növbəti yazı: Seks #2

shebnemsadigova.com saytında yayımlanan, sayta aid yazılar, məqalələr, xəbərlər icazə alınmadan nəşr etdirilməz, internetdə istifadə edilməz, çoxaldılmaz, yayımlanmaz. İcazəsiz istifadə edənlər haqqında hüquqi yollara müraciət ediləcəkdir. 

5 thoughts on “Seks #1

Şərh yazın

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out /  Change )

Google photo

You are commenting using your Google account. Log Out /  Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out /  Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out /  Change )

Connecting to %s

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.