Bonobolar və insanlarda sosial seksuallıq

Cinsi həyat, cinsəllik, seksuallıq və hər necə adlandırırıqsa, sadəcə törəməklə deyil, sosiallaşmaqla da əlaqəli olduğu bir faktdır. Canlılar içərisində insanların (Bonobolardan fərqli olaraq) bunu daha aqressiv və patriarxal sistemdə formalaşdırdığı görülür.

Cütləşmək insan cinsi davranışlarında çox da mərkəzi olmayan, kiçik bir yer tutur. Bonobolarda isə digər məməlilərdən fərqli olaraq, cütləşmək çoxalma ərəfəsindən müstəqil şəkildə maraq və arzu formasında davamlılıq göstərir. Demək olar ki, günlük həyatlarının böyük parçasıdır.

Seks tezliyinə baxmayaraq, vəhşi təbiətdə Bonoboların çoxalma nisbəti şimpanzelərlə eynidir. Dişi Bonobo 5-6 ildə bir dəfə balalayır. Beləliklə Bonobolar öz növümüzlə ən az bir xarakteristik bənzərliyi paylaşırlar, seks ilə çoxalmanın qismən ayrılmağı. Bonobolar genetik profilimizin 98%ni paylaşırlar. Bu da onları bizimlə yaxınlıq baxımından, bir növ, tülkü və it qədər bənzərliyi kimidir. İnsan soyu ilə şimpanze və bonobo xətti arasındakı ayrılmanın səkkiz milyon il bundan əvvəl meydana gəldiyi düşünülür. Bonobolar və insanlar yeganə primatlardırlar ki, üzbəüz pozada genital sekslə məşğul olur, dil ilə öpüşürlər (tounge kiss).

Niyə patriarxal? Dişi bonobolar arasında qruplaşma və təşkilatlanma daha çox müşahidə edilir. Erkək bonomo tərəfindən hücuma məruz qalan dişi bonomo, çox tez zamanda digər dişilər tərəfindən qorunaraq, erkək bonomoya hücum çəkərlər. Bənzər şey erkək bonobonun başına gəlsə, nə dişi nə də erkək tərəfindən müdafiə edilir. Şimpanzelərdə isə vəziyyət bunun tam əksinədir. Hətta başqa qrup şimpanzelərə qarşı aqressiya nümayiş etdirdikləri halda, bonobolar onlarla da uyğunlaşmağa meyllidir. Yeni bir yem, meyvə tapdıqlarında istər öz qrupları, istərsə də onlara qoşulan yeni qrup bonomolarla bunu qeyd (bayram) etmək məqsədilə seksual birləşmələr yaşaya bilirlər. Daha sonra da yemlərini paylaşırlar. Sanki aqressiyanı, hücumu seks ilə bitirməyə çalışırlar.

Bonobolar arasındakı cinsi birləşmələr həm hetero həm də homoseksual xarakterlidir. Hər cins öz həmcinsi ilə sekslə məşğul olur. Şimpanzelərdən fərqli olaraq dişi bonobolar balaladıqdan sonra da cütləşirlər. Bonobolar demək olar ki, hər partner kombinasiyasında cinsi əlaqəyə girirlər (yaxın ailə üzvləri arasındakı bu cür təmaslar basdırıla bilər). Və digər primatlardan fərqli olaraq bonobolar arasında cinsi əlaqə daha sıx görülür.

İnsan şimpanzedən fərqli olaraq, seksuallığı törəməkdən əlavə, sosiallaşma və bağ qurmaq üçün istifadə edə bilir. Lakin, bonoboların deyil, tam da şimpanzelərin üsulu ilə: patriarxal və aqressiv kültürlər və şəraitlər qurmağa meyl edərək.

İnsan övladının cinsi inkişafı anası ilə qurulan fiziki və ruhi əlaqə ilə formalaşmağa başlayır. Ana ilə körpə arasındakı bu emosional bütünlüyün sağlam qurulmağı, güvən içərisində olmağı uşağın gələcəkdə başqaları ilə quracağı əlaqələrə bir təməl model yaradır.

Bu təməl model patoloji forma alıbsa, şəxsin münasibətlər qurmaqdan qaçmağı, sosial və ya cinsi yaxınlıqlara maraqsız görünməyi, özünü izolə etməyi kimi davranışları ola bilir. Onlara arzularına və duyğularına görə deyil, təqdir ediləcəkləri şeylərə görə davranmaqları öyrədildiyi üçün öz duyğularını kontrol altında tutmaq istəyirlər və əksəriyyətlə təcridi seçərlər.

Başqacür desəm, uşaqda öz istədiyini etsə anası tərəfindən cəzalandıracağına, onun sevgsini itirəcəyinə dair düşüncə və duyğu formalaşdığına görə özlərinin nə istədiyinə görə deyil, onlara olan gözləntilərə görə davrana bilirlər.

 

shebnemsadigova.com saytında yayımlanan, sayta aid yazılar, məqalələr, xəbərlər icazə alınmadan nəşr etdirilməz, internetdə istifadə edilməz, çoxaldılmaz, yayımlanmaz. İcazəsiz istifadə edənlər haqqında hüquqi yollara müraciət ediləcəkdir. 

 

 

Advertisements

Şərh yazın

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out /  Change )

Google+ photo

You are commenting using your Google+ account. Log Out /  Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out /  Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out /  Change )

Connecting to %s