Qısa hekayə analizi

Sizə qısa bir hekayə yazacağam. Oxuyarkən sizdə yaratdığı/yaradacağı asossiasiyaları, düşüncələri, görüntüləri, duyğuları diqqətlicə izləyin. Sizi hara aparacaq/gətirəcək? Bir baxın.

Bütün bunları şərhlərdə paylaşa vəya mənə email olaraq göndərə bilərsiniz. Və ya heçkəslə paylaşmaya bilərsiniz. Sükunətə çəkilərək özünüzü izləməyə davam edə bilərsiniz. Bu qarşılığı olmayan, ruh və mənlik üçün edilmiş bir investisiyaya daha çox oxşayır. Lakin, öncədən birşey deyilə, öngörülə bilməz. Müzakirəsini isə daha fərqli formatda reallaşdırmağımız mümkün olacaqdır. O gün gəldiyində, bunu xatırlayacaqsınız. 

***

Qoca bir Hindu şaman nəvələrinə şəfa sənəti haqqında bir dərs verirdi. Onlara içlərində, hər hansı bir canlının içində iki qurdun yaşadığını və bir-biri ilə savaşdığını dedi. “Qurdlardan biri xəstəlik yaradandır” dedi şaman. “Qəzəb, həsəd, təşviş və şübhə ilə bəslənir. Digər qurd sağlamlığı mühafizə edir. Bu qurd sevgi, güvən, xoşbəxtlik, şans, şəfqət və yaxşı hiss etməklə bəslənir”. 

Uşaqlar babalarının dediyi hərşeyi diqqətlə dinlədilər və yazdılar. Bir müddət sonra şaman təlimlərinə davam etmək istədiyində nəvələrdən biri əlini qaldırdı. “Baba, bir saniyə lütfən. Bizə hansı qurdun qazandığını demədin”. Şaman sualı dinlədi və belə cavab verdi: “Bu aydın deyilmi? Qazanan qurd hər zaman bəslədiyimiz qurddur”. 

 

shebnemsadigova.com saytında yayımlanan, sayta aid yazılar, məqalələr, xəbərlər icazə alınmadan nəşr etdirilməz, internetdə istifadə edilməz, çoxaldılmaz, yayımlanmaz. İcazəsiz istifadə edənlər haqqında hüquqi yollara müraciət ediləcəkdir. 

Advertisements

One thought on “Qısa hekayə analizi

  1. Bu hekayeni oxuyarken özümü düşündüm , men içimde neyi besleyirem, meni bedbinleşdirdi, içimde daha çox şübheleri düşündüm, heç neye inana bilmemeyimi . Ne qeder üzse de sanki qırx il sonra xestelik yaradanı beslediyime göre peşmançılıq çekeceyimi gördüm .

    Like

Şərh yazın

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out /  Change )

Google+ photo

You are commenting using your Google+ account. Log Out /  Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out /  Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out /  Change )

Connecting to %s