Bəkarət müayinəsinə YOX de!

 Bəkarət müayinəsinə YOX de! 🚫

Dünya Səhiyyə Təşkilatı ötən gün yuxarıda yazdığım şüar ilə səsini bütün dünyaya duyurmağa başladı. Bir çox dilə təcrümə edildi, məqalələr paylaşılmağa başlanıldı. Bugün də sizlər öz ana dilinizdə məlumatlanacaqsınız. Ağlınızda suallar yaranacaqdır, o zaman da buraya klikləyərsiniz: Qadın. Bəkarət. Qorxu. Amma, öncə bu yazını bitirin.

“Bəkarət yoxlaması” və ya başqa adı ilə “iki barmaq yoxlaması”nın heç bir elmi və klinik əsası yoxdur. Bu, bir qadının və ya qızın vaginal əlaqədə olub-olmadığını təyin etmək üçün nəzərdə tutulan yoxlama üsuludur. 

Bir qızın və ya qadının cinsi əlaqədə olduğunu sübut edə biləcək heç bir test YOXDUR. Sözdə bəkarət yoxlaması adətən himen (qızlıq pərdəsi) yırtılması və ya açılma ölçüsünü incələyərək ya da vaginaya barmaqları daxil edərək aparılır. 

Əsla edilməməlidir!

Bakirəliyin yoxlanılması:

– tibbi cəhətdən gərəksizdir
– çox zaman ağrılı olur
– alçaldıcı və travmatikdir
– qızlara və qadınlara qarşı zorakılığın bir növüdür. 

Qızlar çox zaman basqıya məruz qalır və bəkarət yoxlamasına getmək üçün müxtəlif səbəblərlə məcbur edilirlər: valideynlərin istəyi üçün, potensial namizədlə nikah uyğunluğunu qurmaq üçün, bəzi ölkələrdə də işəgötürənin tələbi ilə və s. 

Səhiyyə işçiləri və onların professional birlikləri bəkarət yoxlamasının heç bir elmi dəyəri olmadığını və keçmiş vaginal penetrasiyanın (penis girişi) müəyyən edilə bilinməyəcəyindən agah olmalıdır. 

Bir çox qadın bəkarət yoxlamasının gətirdiyi qısa və ya uzunmüddətli fiziki, psixoloji və sosial sıxıntılardan əziyyət çəkirlər: depressiya, təşviş, post – travmatik stress və s. 

Ekstremal hallarda qadın intihar edə və ya namus adı altında öldürülə bilir. 

“Bakirəlik” termini tibbi və ya elmi bir termin deyil. Əksinə, “bakirəlik” anlayışı qadın və qızlara qarşı gender ayrıseçkilikini əks etdirən: sosial, kültürəl və dini bir strukturdur. 

Bəzi bölgələrdə səhiyyə işçiləri tərəfindən təcavüz qurbanları üzərində təcavüzə uğrayıb – uğramadıqlarını müəyyənləşdirmək üçün tətbiq edilən bir metoddur. 

Təcavüzdən sonra araşdırma kontekstində tətbiq edildikdə, bakirəlik müayinəsi əlavə ağrılara səbəb ola bilər və cinsi zorakılığın original formasını təqlid edə bilər. Beləliklə də həmin şəxs hadisəni yenidən yaşaya, yenidən travmatizə ola, yenidən qurbana çevrilə bilir. 

Bəkarət yoxlamasının tətbiqi bir çox insan haqlarını və etik standartları, ən başda da tibbin təməl qaydası “zərər vermə” prinsipini pozur.

Bəkarət yoxlamasının qadın seksuallığı və bədəni üzərindəki kontroluna dair zərərli gender normları kimi miflər üzərində birlikdə işləməyimiz lazımdır. 

vagina2

 

Flood üçün klikləyin:
https://goo.gl/WGcFht

Mənbə:
World Health Organization (WHO)

 

 

 

shebnemsadigova.com saytında yayımlanan, sayta aid yazılar, məqalələr, xəbərlər icazə alınmadan nəşr etdirilməz, internetdə istifadə edilməz, çoxaldılmaz, yayımlanmaz. İcazəsiz istifadə edənlər haqqında hüquqi yollara müraciət ediləcəkdir. 

Advertisements

One thought on “Bəkarət müayinəsinə YOX de!

Şərh yazın

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out /  Change )

Google+ photo

You are commenting using your Google+ account. Log Out /  Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out /  Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out /  Change )

Connecting to %s