Yaşlılıqda seksual həyat

Kimlər yaşlıdır?

18ci əsrin sonlarında ömrün orta hesabla uzunluğu 35 yaş idi. Hansıki, bugünkü yaş nisbətinə tamamilə uzaqdır. Dövrümüzdə 85 yaş və üstü olan qruplar get-gedə böyüyürlər. Bəzi tədqiqatçılar yaşlılıqdakı periodlara görə qrupları bu şəkildə bölür:

kkkkkkk34444

 

55 – 74 yaş arası – gənc yaşlılıq
75 – 84 yaş arası – yaşlı
85 və üstü – çox yaşlı

 

 

 

 

 

Aparılan tədqiqatlara görə dünya əhalisi yaşlanmaqda, inkişaf etmiş ölkələrdə ömrün uzunluğu 3 ay artmaqdadır. 2000ci ildə Avropa ölkələrində 60 yaş üstü insan nüfuzu normal əhalinin 20%ni təşkil edərkən, 2025də bu faizin 30%ə çıxacağı təxmin edilir. Dünya sağlamlıq təşkilatının (WHO) hesabatına görə 2000ci il etibarilə 65 yaş üstü insan nüfuzu 400 milyonkən, 2025ci ildə iki qat artacaqdır. Və 2050də 2 milyarda çatacaqdır.

Bu statistikanı qısa kəsərək əsas yazmaq istədiyim məsələyə keçirəm. Deyəcəklərim daha çoxdur. İlk əvvəl gəlin cəmiyyətin yaşlılar haqqındakı düşüncə mövqelərini gözdən keçirək.

Qocalıqda depressiya kimi psixiatrik xəstəliklər və koqnitiv pozğunluqlar daha çox araşdırıldığı halda cinsi disfunksiya pozuntularının üzərində çox az durulub. Yaşlı insanların, cəmiyyətin daha gənc kütləsinə nisbətdə daha az cinsi məlumata sahib olduqları və daha az seksuallıqdan danışmağa meylli olduqları düşünülür.

Cəmiyyətin yaşlılarda seksuallıq mövzusuna dörd fərqli münasibəti var:

k222Birinci mövqe, mövzuya sirr dolu səssizliklə yanaşmaqdır. Onların fikrincə bu kimi mövzulardan danışılmamağı daha yaxşıdır. Buna müsbət yöndən yanaşsaq, məhrəmiyyətə hörmət kimi görə bilərik. Ancaq problemlər ortaya çıxdığı zaman çarə axtarılmaz, gizlətməyə çalışılar.

İkinci münasibət, qocada seksuallığın çirkin, uyğunsuz, zərafətdən və incəlikdən uzaq olduğu tərkibli düşüncələrdir. Bu mövqe, düşünürəm ki, uzun keçmişə sahibdir. Şorgöz, yaşlı kişilərin gənc qızları vəya bərbəzəkli qoca qadınların pulları ilə gənc oğlanları yoldan çıxardıqlarına dair media xəbərləri əksəriyyətlə bu münasibətə qaynaq yaradıblar. Əslində bu mövqe insest tabusundan təməl alır.

 

kkkkkkkkkkkÜçüncü münasibət, qocalıqda seksuallığın natəmiz, iyrənc, çirkin olduğuna dair muhakiməli düşüncələrdə mübarizə aparmaqdır. Bu münasibətə yaşlılıqda seksuallıqla bağlı düzgün məlumatları toplamaq və miflərlə mübarizə edici yanaşmalar müşaiyət edir. Ancaq belə bir yanaşma cəmiyyət tərəfindən qəbul edilməyə bilir və reallıqda var olan problemlərin tanınmamağına səbəb ola bilir.

Dördüncü mövqe, seksuallığa çox dar pəncərədən baxmaqdır. Seksuallığı sadəcə cinsi orqanlardan ibarət düşünmək və cinsi yanaşmanı sadəcə heteroseksual münasibət olaraq görməkdir. Halbuki, yaşlıda seksuallıq, gənclərdə olduğu kimi sadəcə cinsi münasibətdən ibarət deyildir. Seksuallıq partnerlərdəki bütün fiziki yaxınlıqları nəzərdə tutur. Dəyişən fiziki görünüşü rahat formada qəbulunu əhatələyir. Eyni zamanda, dəstəkləyici bir baxışı, yeni bir pertnerlə qarşılaşıldığında seksual həyəcanın (excitement) fərqinə varılmağı, romantizmi və həyəcanı da əhatələyir.

Yaşlıların aseksual olaraq kateqorizə edilməyinin də uzun bir keçmişi var. Menopauzaya girmiş qadının əri ilə münasibəti çox vaxt bacı-qardaş olaraq təyin edilir. Menopauza periodu qadın üçün xəyal qırıqlığı, özünə olan hörmətinin azaldığı bir period olaraq görülür.

Kişilərdə də yaşlanmanın bərabərində gələn xronik xəstəliklər və onların yanında qəbul edilən dərmanların miqdarının artmağı səbəbilə də sərtləşmə problemləri yarana bilir. Yaşla bərabər istifadəsi artan dərman qruplarının sərtləşmə üzərindəki mənfi təsiri vardır. Bu dərmanlar arasında:

  • Yuxarı təzyiq dərmanları
  • Ürək dərmanları
  • Nitroqliserin tabletləri
  • Qan dövranını sürətləndirən dərmanlar (aspirin, kumadin, heparin)
  • Diabet xəstəliyi dərmanları vəya insulin
  • Prostat dərmanları
  • Hormon dərmanları və ya inyeksiyalar
  • Tənəffüs sistemi dərmanları və ya inhalasiya preparatları
  • Mədə yarası müalicəsi üçün olan dərmanlar vardır.

Aparılan araşdırmalardan bəziləri seksuallığın yaşa bağlı olaraq dəyişdiyini və seksual marağın yaşla anlamlı olaraq azaldığını bildirmişdir. Bu azalma cinsi birləşmə sayına nisbətlə daha azdır. Heç bir yaşlı kişi seksual fəaliyyətdən tamamilə uzaqlaşmış olduğunu bildirməmişdir.

Partneri olan kişilərdə cinsi birləşmə frekansı 30-39 yaş arasında olanlarda həftədə 1 dəfə ikən, 90-99 yaşları arasında olan kişilərdə sadəcə ildə 1 dəfə idi. Sərtləşmə vəziyyəti yaşla əlaqəli azalırdı. Seksuallığın göstərilməyinin alternativ formaları olan toxunma, sığallama, oral seks və masturbasiya, cinsi birləşməyə bənzər formada yaşla azalmaqdadır.

Yaşlılıq dövrü və seksual miflər

  • Həm kişilər, həm də qadınlar üçün qocaldıqları zaman seksuallığın keyfiyyəti azalır.

Seksual reaksiyalar 50li yaşlardan sonra fərqli olmağa başlayar, pisləşməz. Kişilərdə 20li yaşlarda olduğu qədər sərt ereksiyalar olmaya bilər. Ancaq, sərtləşməni uzun davam etdirə bilirlər. Yarı sərtləşmə partnerini ehtiraslandıra bilər. Orta yaşı keçmiş kişilər penis başına tətbiq edilən friksiya (friction) xaricində, bədəninə toxunulmaqdan və bədəninin ehtiraslanmağından zövq ala bilirlər. Qadınlar çox vaxt 30lu yaşları biraz keçənə qədər seksuallığı başlatmağı sevməzlər. Yaşlandıqlarında qadınların seksuallıq cəhətdən özlərinə güvənləri artar. Cinsi birləşmədən daha çox zövq alarlar. 30lu yaşların sonlarında və ya 40li yaşların başlarından başlayaraq bir qadının hormonal tarazlığında bir yayınma, vaginanın islanmasında artma olur və orqazm bacarığı artır. Kişilər və qadınlar 50li yaşlara gəldiklərində seksual cəhətdən özlərinə güvəndikləri kimi, emosional cəhətdən də yetişkinləşirlər. Bu yetişkinlik qadın və kişinin ən üst səviyyədə bir-birləri ilə daha yaxın münasibətdə olmaqlarına yol açır. İllər ötdükcə seksuallığın keyfiyyəti tamamilə artar və çatdığı yüksək səviyyədə qalar.

  • Sərtləşmə problemləri qaçınılmazdır və tibbi müdaxilə olmadıqca düzəlməz.

Çox zaman kişilər təbii fizioloji dəyişikliklə sərtləşmə problemini qarışdıra bilirlər. Kifayət qədər penisləri sərtləşməz, çünki 20li yaşlarda deyildirlər. Bir sərtləşmə yaranmadığında və ya sərtləşməni davam etdirə bilmədiklərində mübaliğəli reaksiyalar verirlər. 40 yaş əhatəsinə qədər, demək olar ki hər kişi sərtləşmə problemi yaşaya bilir və bir çoxu gərəksiz qorxuya qapılır. Bu gərəksiz qorxular daha çox sərtləşmə probleminə səbəb olur, sağlamlıq, fiziki və cinsi cəhətdən aktiv kişilər sərtləşmələrini tibbi müdaxilə olmadan bütün yaşlılıq müddətində davam etdirə bilirlər. Amerika Milli Sağlamlıq İnstitutu 65 yaş üzərində kişilərin sadəcə 15-25%ində irəli dərəcədə sərtləşmə problemi olduğunu bildirir. Bunların çoxunun da səbəbi istifadə etdikləri dərmanlar, tibbi xəstəliklərdir.

  • Qadında cinsi istək menopauza müddətində dramatik formada azalır. 

Bəzi qadınlarda menopauza ərəfəsində cinsi arzuda gözəçarpan azalma olur. 50 yaş üstü qadınlarla aparılan tədqiqatda, qadınların 72%indən çoxu cinsi arzunun azalmağı daxil, cinsi həyatlarıyla əlaqəli hərhansısa şikayət bildirməmişdirlər. Qadınlar menopauza periodunda sevişməklə daha az maraqlanırlarsa, səbəbi hormonal disbalans və ya neqativ düşüncələrdir. Hər ikisi də asanlıqla həll olunur. Həmçinin, hər hansısa bir yaşdakı cinsi istək başqa bir çox faktorlardan təsirlənir: sağlamlıq, münasibət problemləri və münasibət xaricində bir çox stress faktorları.

  • Kişilər seksuallıq cəhətdən ən yüksək nöqtəyə 15-20 yaşlarında çatırlar.

Bu sərtləşmələr yaşlılıq dövründəkilərə görə daha sərtdir. Əgər cinsi performansa sadəcə sürətli və sərt sərtləşmələrlə qərar verilirsə, ən yüksək nöqtə həqiqətən də gənclikdə olur. Ancaq seksuallığı daha geniş sözlərdə ifadə etsək,  bir kişi yaxşıca aşıq olma, boşalma kontrolu və fərqli yollarla partnerini məmnun etmə bacarıqlarını yaş artdıqca qazanır.

  • Qadınlar seksuallıq cəhətdən ən yüksək nöqtəyə 30lu yaşlarında çatırlar.

Bir çox qadın üçün seksuallıq 30lu yaşlarda ən yaxşı vəziyyətdədir. Lakin, qadınların seksuallığa reaksiyaları (bir çox insanın səhv formda inandıqları kimi) 30lu yaşlardan sonra bir plato yaradıb daha sonra azalmaz. Qadınların vücudları ilə artmış harmoniyaları və evişmədə özlərinə olan güvənləri 30lu yaşlardan sonra artmağa davam edir. Bir qadının orqazm potensialı, birdən çox dəfə orqazm ola bilmə bacarığı da daxil, yaşla azalmaz.

  • Gənc yaşlarında orqazmlar daha sıx olur.

Əksəriyyətimiz seksuallığın ancaq gəncliyə xas olduğuna, o ərəfədə daha gözəl olduğuna inanarıq. Bu inancın təbii nəticəsi olaraq, seksuallıq gənclər tərəfindən  daha sıx formada yaşanır. Bu düzgün deyildir. Qadınlar çox zaman orqazmı 40 yaşından sonra daha sıx, yoğun yaşamağa başladıqlarını ifadə edirlər. Kişilər boşalma güclərinin orta yaşda, gənclik dövrlərində olduğu kimi qüvvətli olmadığını fərq edərkən, bütün bədənin (cinsi organlar daxil) digər bölgələrində də yayğın orqazm hiss edərlər. Sadəcə penis başı orqazmı yaşamazlar.

  • Ürək və digər fiziki problemləri olan kişilərin və qadınların seksual fəaliyyətlərdən uzaq durmaqları lazımdır.

Boston New England Deaconess xəstəxanasında 1600 şəxs üzərində aparılan tədqiqatda, cinsi əlaqə zamanı keçirilən infarkt riski ilə səhər oyananda yataqdan qalxarkən ola biləcək infarkt riskinə bərabər olduğunu təsbit ediblər. Dr. Robert Butler, National Institute of Aging direktorunun açıqlamasına görə, cinsi əlaqə zamanı infarktın bütün koroner ölümlərin 1%indən daha azdır. Bunların 70%i də evlilikdən kənar münasibətlərdə və bu münasibətdə stressin yüksək olduğu vəziyyətlərdə müşahidə edilir. Cinsi aktivlik hərkəs üçün çox yaxşı bir şeydir. Sevişmənin stressi azaltmaqdan, depressiyanın qarşısını almağa qədər bir çox fizioloji və psixoloji faydaları vardır.

  • Cinsi əlaqə mütləq orqazmla bitməlidir. 

Həm kişilər, həm də qadınlar orqazmla nəticələnməyən əlaqəni doyurucu hesab edirlər. Bəzən cütlük yorğun ola bilir və ya sevişməyə lazımi vaxtı ayıra bilmirlər. Öpüşmək, sığallamaq, qucaqlamaq da istəyirlər. Orqazm hər zaman çatılmağı labüd bir hədəf deyildir. Həqiqətdə, aşiqlər orqazm olmadan da, detallı formada sevişirlər. Gənc və ya yaşlı, fərq etməz.

  • Oral seks ancaq gənclər üçündür.

Janus Report of Sexual Behavior və Kinsey Institute New Report on Sexə görə cütlüklər 40lı yaşlarında 20li yaşlara nisbətən daha çox oral seks edirlər.

  • Cinsi əlaqədə yeganə hədəf penisin vaginaya girişidir. 

Qərb mədəniyyətində cinsi əlaqə bərabərdir cinsi birləşmə. Hind kitabı Kama Sutrada bir çox sevişmə formaları tövsiyyə edilmişdir. Kişi və qadının bir-birinə cinsi həzz vermək üçün etdikləri hər cür ön sevişmə, cinsi birləşmə qədər zövq verir. Orta yaşı keçmiş kişilər, qadınların istədikləri kimi, sərtləşmə üçün toxunma, öpüşmə və sığallanmağı istəyirlər. Hətta bəzən oral yolla və ya əllə cinsi orqanı ehritaslandırma daha çox zövq verir.

ygyy

Psixi sağlamlığınızın qayğısına qalmanız diləyi ilə…
Şəbnəm Sadıqova
Psixoterapevt

shebnemsadigova.com saytında yayımlanan, sayta aid yazılar, məqalələr, xəbərlər icazə alınmadan nəşr etdirilməz, internetdə istifadə edilməz, çoxaldılmaz, yayımlanmaz. İcazəsiz istifadə edənlər haqqında hüquqi yollara müraciət ediləcəkdir. 

Faydalı qaynaqlar:

Sexual Health Association: http://www.sexualadviceassociation.co.uk
NHS One You Sexual Health : http://www.nhs.uk/oneyou/sexual-health
Faculty of Sexual and Reproductive Health :  http://www.fsrh.org
Brook : http://www.brook.org.uk
Family Planning Association: http://www.fpa.org.uk
Royal College of General Practitioners : http://www.rcgp.org.uk
Kaschak E, Tiefer A New View of Women`s Sexual Problems. The Howarth Press, 2001
CETAD, Cinsel Sağlık ve Üreme Sağlığı Araştırması, Ağustos 2006
Panthaki, Dhun. Education in Human Sexuality, 1997
Reay Tannahill, Sex in History 1980

Advertisements

Şərh yazın

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out /  Change )

Google+ photo

You are commenting using your Google+ account. Log Out /  Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out /  Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out /  Change )

Connecting to %s