Şəxsiyyət Pozuntuları #B

Əvvəla gəlin tərifini müəyyənləşdirək. Daha sonra da şəxsiyyət xüsusiyyətləri ilə şəxsiyyət pozuntusu arasındakı fərqi və ya əlaqəni açaq. 

Şəxsin mənsub olduğu kültürə görə gözləniləndən ciddi şəkildə sapmalar göstərən, davam edən daxili yaşantılar və davranışlar şablonudur. Yeniyetməlik ya da gənclik yaşları dövründə başlayır, zamanla daimiləşir və sıxıntıya və ya funksionallıqdakı pozulmalara yol açır.

Hərkəsdə müxtəlik şəkildə müşahidə olunan şəxsiyyət xüsusiyyətlərinin, şəxsiyyət pozuntusu olaraq dəyərləndirilməsi üçün bunların:

  • Rigidlik və adaptasiya pozuntusu
  • Funksionallıqda gözəçarpan pozulmalara yol açan və ya
  • Şəxsi sıxıntılara səbəb olmağı lazımdır.

Özünü göstərdiyi sahələr:

  1. Düşüncə fərqliliklərində (şəxsin özünü, başqalarını və hadisələri şərhləndirmə formasında)
  2. Emosional fərqliliklərdə (emosional reaksiyaların görülmə aralığı, intensivliyi, dəyişkənliyi və uyğunluğu)
  3. İnsanlararası münasibətlərdə
  4. İmpulslarını kontrol etməkdə yaşanılan çətinliklərdə

İnsanın psixi quruluşu 6 kateqoriyada nəzərə alınır:

*1. Normal – Nevrotiklər
*2. Simptom nevrozları
*3. Xarakter nevrozları (oral, anal, histerik)
*4. Narsissistik xarakterlər
*5. Psixotik təşkilat
*6. Borderline təşkilat

Nevrotik, Borderline və Psixotik şəxsiyyət təkşilatlanmaları (Personality Organization) arasındakı fərqləndirici diaqnostikanı Kernberg aşağıdakı kimi bölür:

  • Şəxsiyyət bütünləşməsi
  • Müdafiə mexanizmları
  • Həqiqəti dəyərləndirmə bacarığı
  • Aqressiya
  • Superego
  • Obyekt əlaqələri

Şəxsiyyət pozuntuları üç ana qrupda təsnif edilir:

A qrupu: Paranoid, Şizoid, Şizotipal
B qrupu: Antisosial, Histrionik, Borderline, Narsissistik
C qrupu: Çəkingən, Asılı, Obsessiv Kompulsiv

*Burada B qrupuna aid olan ŞP haqqında məlumat veriləcəkdir. 

Antisosial Şəxsiyyət Pozuntusu

Bu haqda illər əvvəl keçirdiyimiz görüşdən videonu izləyə bilərsiniz.

Aşağıdakılardan üçünün ya da daha çoxunun olmağı ilə müəyyənləşən, 15 yaşından bəri davam edən, başqalarının haqlarını saymama və başqalarının haqlarına təcavüz etmə şablonu.

  1. Həbs edilməyi üçün zəmin yaradacaq davranışlara təkrar – təkrar yönəlmək, qanunlara uyğun ictimai davranışlara uyğunlaşmama,
  2. Davamlı yalan danışmaq, qondarma adlardan istifadə, şəxsi mənfəəti və ya kefi üçün başqalarını aldatmaqla bağlı dürüstcə olmayan mövqe,
  3. İmpulsivlik və ya gələcəyə yönəlik planlar qurmama,
  4. Təkrarlanan dava, döyüş və ya hücumlarla əhatələnən əsəbilik, qəzəblilik,
  5. Özünün və ya başqasının təhlükəsizliyi məsələsində biganəlik,
  6. Bir işi davam etdirəməmə və ya maddi öhdəliklərini davamlı yerinə yetirməmə ilə müəyyənləşən daimi məsuliyyətsizlik,
  7. Başqalarına ziyan vurmuş, pis davranmış və ya başqasından bir şey oğurlamış olmağına baxmayaraq, olduqca laqeyd, etdiklərinə qarşı məntiqli izahatlar gətirməklə əlaqədar vicdan əzabı çəkməmə

A) Şəxs ən az 18 yaşındadır
B) 15 yaşından əvvəl başlayan davranış pozuntularının isbatı var
C) Antisosial davranış sadəcə şizofreniya və ya manik epizodun keçişi zamanı təzahür etməməkdədir.

Özü haqqındakı inanc:
İtirə bilərəm
Məğlub ola bilərəm

Digərləri haqqındakı inanc:
Digər insanlar potensial olaraq sömürücüdürlər.

Ara inanclar:
Əgər ilk mən davranmasam zərər görə bilərəm.
Əgər ilk mən sömürə bilsəm üstdə (sağ) qala bilərəm.

Davranış strategiyası:
İstismarçılıq və aqressivlik
Digərlərini məhrum etmə

Qabarıq olan strategiyaları
Bu insandan nə çıxar?
Necə istifadə edə bilərəm?
Nə işimə yarayar?

Ana duyğular:
Özünü qurban olaraq görmə
Aqressivlik

Terapiyada qazandırılan strategiyalar:
Empatiya
Qarşılıqlılıq (reciprocity)
Sosial həssaslıq və s.

Histrionik Şəxsiyyət Pozuntusu

Aşağıdakılardan beşinin ya da daha çoxunun olmağı ilə müəyyənləşən, gənc yetişkinlik dövründə başlayan, fərqli zaman və şəraitlərdə ortaya çıxan, hədsiz duyğusallıq və diqqət arayışı göstərən periodik sıxıntı.

  • Diqqət (qayğı) mərkəzində olmadığı hallarda narahat olur,
  • Başqaları ilə olan qarşılıqğı təsiri (interaction) çox vaxt əlaqəsiz formada seksual yöndən başdan çıxarıcı (seductive) davranışlarla müəyyənləşir,
  • Sürətlə dəyişən və səthi qalan duyğular nümayiş etdirir,
  • Diqqəti özünə çəkmək üçün davamlı xarici görünüşündən istifadə edir,
  • Hədsiz dərəcədə başqalarına təsir etməyə yönəlik və detallardan kasad bir danışıq şəkli var,
  • Nümayişkarlıq edər, süni davranar və duyğularını hədsiz qabarıqlıqla göstərər,
  • Təlqinə yatqındır, yəni hadisələrdən və ya başqalarından asanlıqla təsirlənir,
  • Münasibətlərinin olduğundan daha da yaxın olmalı olduğunu düşünür.

Özü haqqında təməl inanc:
Mən heçnəyəm
Yetərsizəm, zəyifəm, tək başıma sağ qala bilmərəm
Yoxam, kiçiyəm, görülmürəm

Digərləri haqqındakı inancı:
Digər insanlar mənə təkcə mən olduğum üçün dəyər verməyəcəklər.

Ara inancları:
Əgər əyləncəli deyiləmsə digərləri məndən təsirlənməyəcəklər.
Əgər dramatikəmsə digərlərinin diqqətini və məmnuniyyətini qazanaram.  

Davranışsal strategiya:
Əyləndirmək
Başdan çıxarmaq

Qabarıq olan strategiyaları:
Başdan çıxarma
Expressionism
Diqqət (qayğı) görmə arzusu

Duyğular:
Təşviş, qorxu

Terapiyada qazandırılan strategiyalar:
Şəxsi disiplin
İmpuls kontrolu
Planlı – programlı olma və s.

Borderline Şəxsiyyət Pozuntusu

Aşağıdakılardan beşinin ya da daha çoxunun olmağı ilə müəyyənləşən, gənc yetişkinlik dövründə başlayan və fərqli zaman və şəraitlərdə ortaya çıxan, şəxsiyyətlərarası münasibətlərdə, mənlik qavrayışında və emosiyalarında uyğunsuzluq və impulsivliyin olduğu daimi sıxıntı.

  • Real ya da xəyali olaraq tərk edilməkdən qaçınmaq üçün dəlicəsinə səylər göstərmə
  • Gözündə hədsiz böyütmə və yerin dibinə soxma ucları arasında gedib-gələn, gərgin və əlaqəsiz şəxslər arası münasibətlərin olmağı
  • Şəxsiyyət qarmaşası: aşkar şəkildə və daimi olaraq əlaqəsiz mənlik qavrayışı ya da özünü hissetmə (self-perception, sense of self)
  • Ən az iki sahədə özünə zərər vermə ehtimalı yüksək (məs: pul xərcləmək, seksuallıq, narkotik istifadəsi, kontrolsuz maşın sürmək, partlayana qədər yemək yemək)
  • Təkrarlayan intihar davranışları,
  • Halətində bariz şəkildə qıcıqlanmalara bağlı affektiv qeyri-stabillik (məs.: yoğun epizodik disforiya, əsəbilik, bəzən bir neçə saat çəkən, nadirən günlərlə davam edə bilən təşviş)
  • Davamlı olaraq özünü boşluqla hiss etmə
  • Əlaqəsiz, yoğun qəzəblilik və ya qəzəbini kontrol altında tuta bilməmə (məs.: tez-tez hiddətlənmək, keçmək bilməyən qəzəb, tez-tez dava-dalaşa qarışmaq)
  • Stressə bağlı gəlib-keçici paranoid düşüncə ya da ağır dissosiativ simptomlar.


Özü haqqında təməl inanc:
Qüsurluyam
Bacarıqsızam
Kövrəkəm
Pisəm (insan olaraq)

Digərləri haqqındakı inancı:
Digər insanlar məni tərk edəcəklər.
İnsanlara etibar etmək olmaz.

Ara inancları:
Əgər özümə güvənsəm həyatda qala bilmərəm.
Əgər digərlərinə güvənsəm məni tərk edərlər.
Əgər digərlərinə güvənsəm həyatda qalaram amma axırda tərk edilərəm.

Davranışsal strategiya:
Necə davranacağına dair qərarsızlıq.

Qabarıq olan strategiyaları:
Pisəm – istənilmirəm
Bu dünya təhlükəli və pisdir
Gücsüz, zəyif və dözümsüzəm

Duyğular:
Təşviş, qorxu, boşluq

Terapiyada qazandırılan strategiyalar:
Stabillik
Özgüvən
İmpuls kontrolu və s.

Narsissistik Şəxsiyyət Pozuntusu

Aşağıdakılardan beşinin ya da daha çoxunun olmağı ilə müəyyənləşən, gənc yetişkinlik dövründə başlayan və fərqli zaman və şəraitlərdə ortaya çıxan:

  • Üstünlük duyğusu (xəyallarında və ya davranşlarında)
  • Bəyənilmə ehtiyacı
  • Empatiya qura bilməməyin olduğu daimi sıxıntı
  1. Özünün çox vacib insan olduğu duyğusunu daşıyır (məs.: uğurlarını və istedadını qabardır, kafi uğur və ya bacarıq göstərmədən üstün biri olaraq tanınmaq istəyir)
  2. Sərhədsiz uğur, güc, zəka, gözəllik və ya qüsursuz sevgi xəyalları üstündə baş yorur
  3. Xüsusi və ya tayı bərabəri olmayan insan olduğuna və ancaq başqa xüsusi cəmiyyətlərdə üstün şəxslərin (ya da qurumların) onu anlaya biləcəklərinə ya da ancaq onlarla dostluq etməli olduğuna inanır.
  4. Çox bəyənilmək istəyir.
  5. İnsanlararası münasibətdən öz şəxsi mənfəətinə uyğun istifadə edir. Öz məqsədlərinə çatmaq üçün başqalarının zəyif tərəflərindən yararlanır.
  6. Haqq qazandığı duyğusu var. Ona xüsusi münasibət göstərilərək işlərinin həll ediləcəyinə dair gözləntiləri və ya bu gözləntilərə uyğunlaşmağı. (məs.: növbə gözləmədən həkim qəbuluna düşmən, rezervasiya etmədən xüsusi masaya oturtulmaq və s.)
  7. Empatiya qura bilməz. Başqalarının duyğularını və ya ehtiyaclarını tanıyım, təyin etmədə istəksizdir.
  8. Çox zaman başqalarını qısqanır (paxıllıq edir) ya da başqalarının onu qısqandığına (paxıllıq etdiyinə) inanır.
  9. Özündənrazı, lovğa davranışlar göstərir.

Özü haqqında təməl inanc:
Mən tabeçilikdəyəm.
Digərlərindən aşağıyam.
Zəyif və gücsüzəm.
İstənilmirəm.

Digərləri haqqındakı inancı:
Digər insanlar üstündür.

Ara inancları:
Əgər digərləri məni xüsusi olmayan bir formada görürlərsə, bu məni inferiyor olaraq gördükləri anlamına gəlir.
Əgər səlahiyyətlərimə çatsam bu mənim özəl olduğumu göstərər.

Davranışsal strategiya:
Xüsusi rəftar görmək.

Qabarıq olan strategiyaları:
Rəqabətçilik
Böyük göstərmə

Duyğular:
İtirmə qorxusu, təşviş

Terapiyada qazandırılan strategiyalar:
Paylaşma
Empatiya
Cəsarət
Həqiqi özgüvən

 

Qaynaq:

American Psychiatric Association, Diagnostic and Statistical Manual of Mental Disorders, 5th Edition: DSM-5 May 18, 2013
Kernberg, O.F. (1984). Severe personality disorders: Psychotherapeutic strategies. New Haven, CT: Yale University Press.
Simone Hoermann, Ph.D., Corinne E. Zupanick, Psy.D. & Mark Dombeck, Ph.D.:The Three Levels of Personality Organization
Prof. Dr. Doğan Şahin İÜ. İstanbul Tıp Fakültesi, Psikiyatri AD Kişilik Bozuklukları
shebnemsadigova.com saytında yayımlanan, sayta aid yazılar, məqalələr, xəbərlər icazə alınmadan nəşr etdirilməz, internetdə istifadə edilməz, çoxaldılmaz, yayımlanmaz. İcazəsiz istifadə edənlər haqqında hüquqi yollara müraciət ediləcəkdir. 
Advertisements

Şərh yazın

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out /  Change )

Google+ photo

You are commenting using your Google+ account. Log Out /  Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out /  Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out /  Change )

Connecting to %s