Şəxsiyyət Pozuntuları #C

Əvvəla gəlin tərifini müəyyənləşdirək. Daha sonra da şəxsiyyət xüsusiyyətləri ilə şəxsiyyət pozuntusu arasındakı fərqi və ya əlaqəni açaq. 

Şəxsin mənsub olduğu kültürə görə gözləniləndən ciddi şəkildə sapmalar göstərən, davam edən daxili yaşantılar və davranışlar şablonudur. Yeniyetməlik ya da gənclik yaşları dövründə başlayır, zamanla daimiləşir və sıxıntıya və ya funksionallıqdakı pozulmalara yol açır.

Hərkəsdə müxtəlik şəkildə müşahidə olunan şəxsiyyət xüsusiyyətlərinin, şəxsiyyət pozuntusu olaraq dəyərləndirilməsi üçün bunların:

  • Rigidlik və adaptasiya pozuntusu
  • Funksionallıqda gözəçarpan pozulmalara yol açan və ya
  • Şəxsi sıxıntılara səbəb olmağı lazımdır.

Özünü göstərdiyi sahələr:

  1. Düşüncə fərqliliklərində (şəxsin özünü, başqalarını və hadisələri şərhləndirmə formasında)
  2. Emosional fərqliliklərdə (emosional reaksiyaların görülmə aralığı, intensivliyi, dəyişkənliyi və uyğunluğu)
  3. İnsanlararası münasibətlərdə
  4. İmpulslarını kontrol etməkdə yaşanılan çətinliklərdə

İnsanın psixi quruluşu 6 kateqoriyada nəzərə alınır:

*1. Normal – Nevrotiklər
*2. Simptom nevrozları
*3. Xarakter nevrozları (oral, anal, histerik)
*4. Narsissistik xarakterlər
*5. Psixotik təşkilat
*6. Borderline təşkilat

Nevrotik, Borderline və Psixotik şəxsiyyət təkşilatlanmaları (Personality Organization) arasındakı fərqləndirici diaqnostikanı Kernberg aşağıdakı kimi bölür:

  • Şəxsiyyət bütünləşməsi
  • Müdafiə mexanizmları
  • Həqiqəti dəyərləndirmə bacarığı
  • Aqressiya
  • Superego
  • Obyekt əlaqələri

Şəxsiyyət pozuntuları üç ana qrupda təsnif edilir:

A qrupu: Paranoid, Şizoid, Şizotipal
B qrupu: Antisosial, Histrionik, Borderline, Narsissistik
C qrupu: Çəkingən, Asılı, Obsessiv Kompulsiv

*Burada C qrupuna aid olan ŞP haqqında məlumat veriləcəkdir. 

Çəkingən şəxsiyyət pozuntusu

Aşağıdakılardan dördünün ya da daha çoxunun olmağı ilə müəyyənləşən, gənc yetişkinlik dövründə başlayan və fərqli zaman və şəraitlərdə ortaya çıxan, sosial kilitlənmənin, yetərsizlik duyğularının və neqativ dəyərləndirilməyə olan hədsiz həssaslığın olduğu periodik sıxıntı.

1- Tənqid ediləcək, bəyənilməyəcək ya da izolə ediləcək olmaq qorxusu ilə çox insanlararası münasibətləri tələb edən peşə fəaliyyətlərindən qaçınır.
2- Sevildiyindən əmin olmadıqca insanlarla münasibət qurmaq istəməz.
3- Pərt olacağı və ya lağ ediləcəyi qorxusu ilə yaxın münasibətlərdə qapalılıq
4- Sosial fəaliyyətlərdə tənqid ediləcəyi və ya izolə ediləcəyinə dair çox baş yorur.
5- Yetərsizlik duyğularından dolayı yeni insanlarla eyni yerlərdə olduğu zamanlarda kilitlənir.
6- Özünü sosial cəhətdən bacarıqsız, fiziki olaraq cazibədar olmayan, başqalarından aşağı olan biri kimi görür.
7- Pərt olacağını düşündüyü üçün fərdi inkişafı üçün cəhdlər etməz və ya yeni fəaliyyətlərə qoşulmaq istəməz.

Özü haqqındakı inanc:
Sevilməyən insanam
Əksiyəm
Yetərsizəm

Digərləri haqqındakı inanc:
Digər insanlar məni mənfi dəyərləndirəcəklər.
Digər insanlar əvvəl-axır məni rədd edəcəklər.

Ara inanclar:
Əgər insanlar həqiqi məni tanısalar, məni rədd edəcəklər. 
Əgər maska taxsam məni qəbul edə bilərlər.

Davranış strategiyası:
Yaxın münasibətlərə girməkdən çəkinmək.

Qabarıq olan strategiyaları:

– Qaçınma
– İnhibisiya
– Bacarmayacağına dair inanc

Ana duyğular:
Təşviş, qorxu

Ailə kökəni:

* Ailədə hədsiz tənqidçilik, tələbkarlıq, cəzalandırıcılıq.
* Sevilməmə və rədd edilmə
* Səhv gedən birşey olduğu zamanlarda birinin günahlandırıldığı ailələr.
* Yersiz müqaisələr.
*Cinsi və ya fiziki istismar.

Terapiyada qazandırılan strategiyalar:

Özü özünü müdafiə edə bilmə
Təşəbbüskarlıq və s.

Asılı Şəxsiyyət Pozuntusu

Aşağıdakılardan beşinin ya da daha çoxunun olmağına bağlı olaraq, gənc yetişkinlik dövründə başlayan və fərqli şəraitlərdə ortaya çıxan, itaətkar və yapışqan davranışa və ayrılma qorxusuna yol açacaq formada özünə himayədarlığın edilməsi ehtiyacının aşırı olması:

1- Başqalarından bol miqdarda öyüd-nəsihət və dəstək almasa gündəlik qərarlarını verməkdə çətinlik çəkir.
2- Həyatının əksər önəmli sahələrində məsuliyyət daşımaq üçün başqalarına ehtiyac duyur.
3- Dəstəyini itirəcəyi ya da qəbul görməyəcəyi qorxusu ilə başqaları ilə eyni fikri paylaşmadığını deməkdə çətinlik çəkir.
4- Düz edib-etmədiyi ilə ya da bacarıqları haqqında qorxularından ötrü planlarını reallaşdırmaq və ya özbaşına iş görmək çətinliyi var.
5- Başqalarının himayə və dəstəyini qazanmaq üçün xoş olmayan şeyləri etməyi istəyəcək qədər irəli gedər.
6- Özünə baxa bilməyəcəyinə dair hədsiz qorxu səbəbi ilə, tək qaldığında özünü narahat və çarəsiz hiss edər.
7- Yaxın münasibəti bitdiyində, bir himayə və dəstək qaynağı olaraq dərhal başqa bir münasibət axtarışına başlayar.
8- Özü özünə baxmağa məcbur qala biləcəyi ehtimalı üzərinə qorxuları səbəbindən real olmayacaq həddə baş yormağa başlayar.

Dominant duyğular:
Təşviş, qorxu

Özü haqqındaki inancları:
Qabiliyyətsizəm

Başqaları haqqındaki inancları:
Digər insanlar mənimlə maraqlanmalıdır.

Ara inancları:
Əgər özümə güvənsəm uğursuz olaram.
Əgər başqalarına güvənsəm, yaxşı olaram.

Davranış strategiyası:
Digər insanlara güvənmək.

Terapiyada qazandırılan strategiyalar:
Özü özünə yetinə bilmək,
Müstəqil hərəkət etmək və s.

 

Obsessiv Kompulsiv Şəxsiyyət Pozuntusu

Aşağıdakılardan dördünün ya da daha çoxunun olmağı ilə müəyyənləşən, gənc yetişkinlik dövründə başlayan və fərqli zaman və şəraitlərdə ortaya çıxan, elastiklik, açıqlıq və məhsuldarlıq bahasına nizamlılıq, mükəmməlliyyətçilik, zehni və münasibətlər arası münasibətlərdə kontrol etmə üzərinə baş yormaq:

1- Görülən işin məqsədini unutduracaq dərəcədə detallar, xırdalıqlar, qaydalar, siyahılar, sıralamalar, təşkil etmə və ya proqramlama ilə məşğul olur.
2- İşin yekunlaşmasını çətinləşdirən mükəmməlliyyətçilik göstərir (məs.: özünəməxsis hədsiz qatı meyarları reallaşmadığı müddətcə işini tamamlaya bilmir).
3- Asudə vaxtlarını dəyərləndirmə fəaliyyətlərindən və dostlarından məhrum qalacaq dərəcədə özünü işə və ya məhsuldarlığa həsr edir (kültürəl və ya dini identifikasiya ilə izah edilməz)
4- Əxlaq, dürüstlük və ya dəyərlər kimi mövzularda vicdanın səsini hədsiz dinləyər və elastiklik (flexibility) göstərməz.
5- Xüsusi bir dəyəri olmasa da köhnəlmiş ya da dəyərsiz şeyləri əldən çıxarda bilmir.
6- Başqaları, eynilə özünün etdiyi kimi etməyi qəbul etmədikcə, vəzifə bölgüsü etmək və ya başqaları ilə birlikdə işləmək istəməz.
7- Pul xərcləmək mövzusunda həm özünə, həm də başqalarına qarşı xəsis davranır: pulu gələcəkdə ortaya çıxa biləcək fəlakətlər üçün yığılmalı olan bir şey kimi görür.

Obsessiv Kompulsiv Şəxsiyyət Pozuntusu ailə kökü

* Uşağı müəyyən standartlara uyma şərtləri ilə “sevən”, şərtlərlə sevgi göstərən ata-ana,
* Qaydalara riayət etməməyin fəlakətlə nəticələnəcəyi inancını yerləşdirən hadisə və mövqelər,
* Ata-ananın dominant olduğu, duyğuların basdırıldığı ailələr.
* Qaydalar və standartlara riayət edilmədiyində utanc və tənqidlə uşağı manipulyasiya edən ata-ana.

Özü haqqında təməl inanc:

Dünyam kontroldan çıxa bilər!

Digərləri haqqındakı inancı:

Digər insanlar məsuliyyətsiz ola bilər!
İnsanlara güvənmək olmaz!

Ara inancları:

Əgər mən tamamən kontrol etməsəm, dünyam alt-üst ola bilər.
Əgər qəti qaydalarım və planım olarsa, işlər yolunda gedər.
Doğru və yanlış davranışlar, qərarlar və duyğular vardır.

Davranışsal strategiya:

Bütöv olanı möhkəm şəkildə kontrol etmək.
İnsanları sərt formada kontrol etmək.

Aşırı olan strategiyaları:

– Kontrol etmə arzusu
– Məsuliyyət hiss etmə
– Sistemizasiya

Duyğular:

Qayğı, Depressiya.

Terapiyada qazandırılan strategiyalar:

– Spontanlıq
– Axışına buraxa bilmək və s.

 

Qaynaq:

American Psychiatric Association, Diagnostic and Statistical Manual of Mental Disorders, 5th Edition: DSM-5 May 18, 2013
Kernberg, O.F. (1984). Severe personality disorders: Psychotherapeutic strategies. New Haven, CT: Yale University Press.
Simone Hoermann, Ph.D., Corinne E. Zupanick, Psy.D. & Mark Dombeck, Ph.D.:The Three Levels of Personality Organization

Prof. Dr. Doğan Şahin İÜ. İstanbul Tıp Fakültesi, Psikiyatri AD Kişilik Bozuklukları
shebnemsadigova.com saytında yayımlanan, sayta aid yazılar, məqalələr, xəbərlər icazə alınmadan nəşr etdirilməz, internetdə istifadə edilməz, çoxaldılmaz, yayımlanmaz. İcazəsiz istifadə edənlər haqqında hüquqi yollara müraciət ediləcəkdir. 
Advertisements

Şərh yazın

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out /  Change )

Google+ photo

You are commenting using your Google+ account. Log Out /  Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out /  Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out /  Change )

w

Connecting to %s