Vaginizmin müalicəsi. Professionallar üçün #1

Bizə müraciət edən xəstələrin əksəriyyətini maraqlandıran ortaq sual: vaginizm əvvəllər də var idi ya yeni çıxan problemdir?

1861ci ildə Amerikan ginekoloqu Dr. J. Marion Sims tərəfindən Vaginizm sindromu adlandırılmış və izah edilmişdir. Səbəbinin genital nahiyələrdəki hiper həssaslıq olduğunu, müalicə yolu olaraq genital ağızdakı əzələ və sinirlərə əməliyyat sonrası şüşə genişlədicilərdən istifadə edilərək genişlətmə (dilatation) prosedurunu tövsiyə edirdi.

Lakin, bunun tarixinin daha da öncəsi var.

1547ci ildə Salernolu Trotulanın yazdığı “Qadın Xəstəlikləri” elmi əsərində, indi vaginizm olaraq adlandırdığımız sindromun bəlkə də ilk tərifini bu şəkildə vurğulamışdır: “Vulvanın qasılması o həddədir ki, hətta ən ehtiraslanmış qadın belə əslində bakirə ola bilər”.

Walthard (1909) Simsin genital orqanlara xas olaraq xarakterizə etdiyi hiper həssaslıq anlayışını sorğuladı. Beləliklə, vaginal əzələ spazmının, ağrıya qarşı duyulan qorxunun fobik bir reaksiya olduğu fikrini irəli sürərək, əməliyyat və genişlətmə prosedurunun əksinə, psixoterapiyanın və maarifləndirmənin əhəmiyyətini vurğulamışdı.

Faure və Sireday (1923), vaginizmin vulvo-vaginal kanalın genital orqanlara xüsusi bir hiper həssaslıq səbəbi ilə, qadının özündən asılı olmadan, ağrılı, spazmotik qasılmasının olduğu nəticəsinə gəlmişdir.

Silverstein (1989) vaginizmi bir simptom olaraq görürdü. Özünü müdafiə etmək, gələn təhlükədən qorunmaq, barrikada etmək və sərhədləri təmin etmək məqsədi ilə yumulmaq (bağlanmaq, kilitlənmək) ehtiyacını təmsil edir.

Hawton və Catalan (1990) tərəfindən aparılan araşdırma və müşahidələrə əsasən, vaginizmdən əziyyət çəkən cütlüklər müalicəni gecikdirdiyi və ya düzgün müalicə almadığı zaman münasibətləri pozulur, böyük faizlə ayrılırlar və ya boşanma yaşayırlar.

kısır döngü

Nələr baş verir?

  • Vaginaya giriş cəhd edildiyində, vaginanın üçdə bir qismini əhatə edən əzələlərdə təkrarlayan və davamlı şəkildə, qeyri-ixtiyarı qasılmaların yaranmağı və bu qasılmalara, girişlə əlaqədar ağrı qorxusu və təşvişin müşayiəti.
  • Bədənin fərqli nayihələrində, hətta bütün bədəndə qasılmalar, ayaqların sıxılması, titrəmə, çırpıntı, tərləmə, bulantı, qusma, ağırlaşma hissi və ağlama müşayiət edə bilir.
  • Vaginadakı qasılma çox qadında cinsi birləşməyə (penetration) imkan verməz.
  • Daha az sayda xəstədə isə məcburi giriş ola bilir ancaq birləşmələr ağrılı olaraq davam edər.
  • Qasılma şəxsin öz istəyi ilə yaranmaz və qasılmanı şəxs istəyərək dayandıra bilməz.

vaginisme

ICD-10

Orqanik səbəbi olmayan vaginizm

 Vaginanı əhatələyən əzələlərin vaginaya girişi bağlayacaq şəkildə qasılmasıdır. Vaginizm ağrıya səbəb olan lokal bir patologiyaya ikincil bir reaksiya ola bilir, bu halda bu diaqnoz istifadə edilməməlidir.

DSM-IV

A. Vaginanın xarici üçdə birindəki əzələlərdə cinsi birləşməni əngəlləyəcək şəkildə, daimi olaraq ya da təkrarlayıcı şəkildə iradədən kənar qasılmanın olmağı
B. Bu pozuntu bariz bir problemə və ya insanlararası münasibətlərdə çətinliklərə səbəb olur.
C. Bu pozuntu, başqa bir Axis 1 pozuntuları ilə izah edilə bilməz və sadəcə real tibbi vəziyyətin birbaşa təsirlərinə bağlı deyildir.

Alt tiplər: Həyatı Boyu – Qazanılmış, Yayğın – Situativ, Psixoloji Təsirlərə Bağlı – Mürəkkəb Faktorlara Bağlı.

DSM-V Genito-Pelvik ağrı/Penetrasiya pozuntusu

A- Aşağıdakı hallardan birində (ya da birdən çoxunda) daimi və ya təkrarlayıcı şəkildə çətinlik yaşamaq:

  1. Birləşmə zamanı vaginaya girmə
  2. Vaginaya giriş ya da giriş cəhdləri zamanı bariz vulvovaginal və ya pelvik ağrı
  3. Vulvovaginal və ya pelvik ağrı ilə ya da baginal girişlə əlaqəli bariz qorxu və ya təşviş
  4. Vaginal giriş cəhdləri zamanı pelvik əzələlərdə bariz gərginlik və ya qasılma

B- A maddəsindəki simptomlar, ən az təxmini 6 aydır davam edir.

C- Bu problem klinik mənada müəyyən bir narahatçılığa və pozuntuya səbəb olur.

D- Bu cinsi disfunksiya başqa bir pozuntu ilə daha yaxşı açıqlanılmaz; hər hansı bir maddənin ya da ümumi tibbi vəziyyətin birbaşa fizioloji təsirlərinə bağlı deyildir.

Etiologiyası (orqanik)

  • Vaginal atrofiya və atrofiyaya bağlı adhesionlar
  • Vaginal lezyon və şişlər
  • Vaginal əməliyyatlar
  • Vaginal radiasiya prosedurları
  • Uterus prolapsusu
  • Vulvar Vestibulit Sindromu (VVS)
  • Endometriozis
  • İnfeksiyalar
  • Pelvik qan təzyiqi anomaliyaları

Ağrının təsviri orqanik mənşəy haqqında məlumat verə bilər;

Əgər ağrını tərif edərkən:

Ağrı yerinə – yanma

Lokal yerinə – yayğın

Qıcıqlanan yerinə özlüyündən yaranan şəklində ifadə edilirsə, etiologiyada orqanik faktorlar düşünülməlidir.

Etiologiya (Psixodinamik)

Freud: Superegonun dindən, əxlaqdan, adət-ənənədən və lleqal təsirlərdən gələn “olmaz, ayıbdır, günahdır” formasındaki əngəlləmələri də bu qayğının yaranmağında bir digər önəmli faktor olaraq ortaya çıxmaqdadır.

Bergeron və dostları, vaginizmi müxtəlif səbəblərdən cinsi əlaqəyə hazır olmayan qadının şüuraltı bir itaət etməmə davranışı ya da cinsi rolların bölgüsünə qarşı üstü qapalı bir etiraz əlaməti olaraq izah etiblər.

Kaplan H. S. (1974) simptom bir dəfə yarandıqdan sonra bu hal münasibətdən qaçmağa səbəb olan ağrıya qarşı refleksiv ya da fobik bir reaksiya halına gəlir və nəticədə vaginal girişə qarşı şərtlənmiş bir reaksiya yaranır.

2003cü ildə Oktay və Tombul tərəfindən aparılan araşdırma nəticələri:

200 vaginizm diaqnozu qoyulmuş qadın;

  • Ağrı və hədsiz sancı hiss etmə qorxusu (57%)
  • Hədsiz qanama qorxusu (31%)
  • Yırtılma/ parçalanma qorxusu (18%)
  • Penisin içəridə qalmağı/ kilitlənmə qorxusu (17%)
  • Ürəkgetmə/ ölmə qorxusu (11%)
  • İyrənmə qorxusu (9%)

Digər səbəbləri:

Sosial-kültürəl

İlk gecə təcrübələrinin subaylara transferi: “Cinsi əlaqə qadında dözülməz ağrıya və uzun müddət davam edən başqa problemlərə səbəb olur”

Məlumat əksikliyi- səhvliyi

Cinsəlliklə bağlı hədsiz qayğı

Günahkarlıq duyğuları

Real olmayan gözləntilər

Cinsəlliklə əlaqəli inanclar

“Cinsəllik törəmək üçündür”

Miflər:

  • Penis çox böyükdür, girə bilməz
  • Cinsi orqanım çox dardır
  • Seks zamanı çox ağrıyaram
  • Çox qanamam olar
  • Cinsi orqanım parçalanar
  • Penis içəridə qalar
  • Orada divar var, girə bilməz
  • Penis ağzımdan çıxar
  • ….

Terapiya Planlaması

Təsbit edilən cinsi disfunksiyalar haqqında:

  1. Planlanan cinsi terapiyanın mıntiqi
  2. Hədəfləri
  3. Gözlənilən düzəlmə ehtimalı
  4. Mümkün terapiya müddəti haqqında məlumat verilir.

Terapist hər iki tərəflə bərabər məsafədə işləməlidir. Tərəf tutulmamalıdır.
Münasibətin terapistidir. Qadının ya da kişinin deyil!

İlk görüşmədə qasılmasının qadının iradəsindən kənar baş verdiyi danışılmalıdır.

Görüşdə əsas qaydalar:

  1. Cinsi birləşməyə cəhd olmayacaq
  2. Vaginaya bütün girişlər qadının kontrolunda olacaq
  3. Kişi qadından xəbərsiz, qadının istəyi və ya icazəsi xaricində heç bir hərəkət etməyəcək
  4. Konflikt, dava olmayacaq.

Məlumatlandırma:

Anatomiya – Fiziologiya

Hymen və terapiyada hymen proqnozu

Hamiləlik – Doğum kontrolu

Vaginizm terapiyasının məntiqi

Davamı ikinci hissədə yazılacaqdır.

Əlavə yazı:

Vaginizm haqqında suallar və cavabları

Qaynaq:

Masters WH. Human Sexual Inadequacy. Boston: Little, Brown Medical Division, 1970.
Faure JL, Siredey A. Traite de gynecologie medico-chirurgicale, 3rd edition. Paris: Octave Doin, 1923.
Walthard M. Die psychogene aetiologie und die psychotherapie des vaginismus. Munch Med Wochenschr 1909;1997– 2000.
Silverstein JL. Origins of psychogenic vaginismus. Psychother Psychosom 1989;52:197–204.
Hawton K, Catalan J. Sex therapy for vaginismus: characteristics of couples and treatment outcome. Sex Mar Ther 1990:39–48

shebnemsadigova.com saytında yayımlanan, sayta aid yazılar, məqalələr, xəbərlər icazə alınmadan nəşr etdirilməz, internetdə istifadə edilməz, çoxaldılmaz, yayımlanmaz. İcazəsiz istifadə edənlər haqqında hüquqi yollara müraciət ediləcəkdir. 

Advertisements

Şərh yazın

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out /  Change )

Google+ photo

You are commenting using your Google+ account. Log Out /  Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out /  Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out /  Change )

w

Connecting to %s