Hekayə analizi yarışması

 

Aşağıda verilən hekayənin ya bütün, ya da bir obraz (Miss Mellard) üzərindən psixoloji analizini etməyə çalışın. Yazı ən az 1 səhifə olacaq. Bugünəqədərki bütün psixloji məlumatlarınıza müraciət edin. Obrazla empatiya qurun. Parçaları əvvəlcə hissə- hissə, sonra bir bütün halında mənimsəyin. Ortaya çıxacaq olan yazını, burada şərh yerinə və ya mənə mail (shabnam.sadig@gmail.com) vasitəsilə göndərə bilərsiniz. 3 Fevral saat 21:00a qədər vaxtınız var.

sea

 

Kate Chopin “Bir saatın tarixçəsi”

Miss Mellardın ürəyinin zəif olduğunu hərkəs bilirdi. Ərinin ölüm xəbəri ona mümkün qədər ehtiyatla çatdırılmalıydı.

Bacısı Jozefina qırıq-qırıq cümlələrlə, üstüörtülü eyhamlarla baş verən hadisədən danışdı. Ərinin dostu Riçards da onların yanında idi. Dəmiryolunda baş verən faciə xəbəri qəzetin redaksiyasına çatanda o da, elə oradaymış. Brentli Mellardın adının ölənlərin siyahısında birinci olduğunu görən Riçards, tam əmin olmaq üçün ikinci teleqramın da gəlməsini gözləmiş və faciə xəbərini ondan əvvəl kiminsə çatdıracağından ehtiyyat etdiyi üçün dərhal Mellardların evinə tələsmişdi. Axı o, necə qayğıkeş və diqqətcil olduğunu sübut etməli idi.

Miss Mellardın yerində hansı qadın olsaydı, belə xəbəri  eşidərkən yerindəcə donub qalar, dəhşətli itkiyə inanmaq istəməzdi. O isə dərhal bacısının qollarında qəfil və şiddətli hönkürtü ilə ağladı. Kədər fırtınası keçəndə isə tək qalmaq istədiyini deyərək, otağına qapandı. Taqətsiz bədənini açıq pəncərənin qarşısındakı rahat və geniş kresloya atdı. Bədbəxtlik onun bütün vücudunu çulğalamışdı və deyəsən, artıq ürəyinə yaxınlaşırdı.

O, evin qarşısındakı açıq bağçadakı ağacların təpələrinin təravətli bahar mehi ilə dalğalandığını görürdü. Havada yağışın möhtəşəm qoxusu var idi. Aşağıda küçə ticarətçisi müştəri çağırır, uzaqlarda kiminsə oxuduğu mahnının xəfif sədaları eşidilir, damdakı saysız-hesabsız sərçələr çikkildəyirdilər.

Qərbə baxan pəncərədən bir yerə toplanan və üst-üstə yığılan buludların arasındakı mavi səmanın adda-budda parçaları görünürdü.

Boğazına yığılan qəhərin hərdən onu silkələnməyə vadar etdiyini saymasaq, başını kreslonun söykənəcəyinə dayayıb, oturarkən o tamamilə hərəkətsiz idi. Bu an o, gecə ağlayan və yuxusunda da hıçqıran uşağa bənzəyirdi. Adətən bu gənc və baxımlı qadının üzündə təmkin, hətta qətiyyət cizgiləri olardı, ancaq indi bu sifətdə həyat əlamətləri yox idi. Küt baxışları uzaqlara, mavi səmanın parçalarından birinə zillənmişdi. İfadəsiz gözlərini qırpmadan, eyni nöqtəyə baxırdı.

O, yaxınlaşmaqda olan hansısa anlaşılmaz hissdən diksinərək, təlaş içində ondan baş açmağa çalışdı. Nə idi bu? Bilmədi. Narahat, axıb gedən bir hissi sözlə ifadə etmək çətin idi. Ancaq qadın bu hissin mavi səmanı, pəncərədəki səsləri, baharın havadakı ətrini və rənglərini yararaq ona doğru şığıdığını duyurdu.

Bu hissin nə olduğunu anlamağa başlayanda, sinəsi həyacandan tez-tez qalxıb-enməyə başladı. Zorla onu içində boğmağa çalışsa da, onun bütün cəhdləri zərif, ağ əlləri kimi gücsüz idi. Müqaviməti dayandıranda isə yarıaçıq dodaqlarından bir kəlimə çıxdı:

– Mən azadam! Azadam! Azadam!

İfadəsiz gözlərində qəfildən peyda olan qorxu işartısı, dərhal da yoxa çıxdı. İndi bu gözlər mənalı və parıltılı idi. Nəbzi sürətlə vurur, damarlarında axan qan bədəninin hər bir hüceyrəsini isidib, rahatlıq bəxş edirdi.

O bilmirdi qismətinə düşən böyük sevinc hissini etiraf etsin, ya yox, ancaq sağlam məntiqi ona ikiüzlülük etməməyi diqtə edirdi. Əlbəttə, o bilirdi ki, ölümə təslim olmuş yumuşaq, mehriban əlləri, ona heç vaxt sevgiylə baxmayan qapalı gözləri, göy, küt və cansız sifəti görəndə yenə ağlayacaq, ancaq bu hüznlü anda o, yalnız ona məxsus olan və yolunu gözləyən uzun ömür barədə də zövqlə düşünürdü.

O, yeni həyatı qucaqlamaq üçün əllərini geniş açdı.

İndi o, başqaları üçün yox, məhz özü üçün yaşayacaq. Heç bir qüvvə ona arzularını reallaşdırmağa mane ola bilməz. Kişilərin və qadınların öz şəxsi iradələrini həyat yoldaşlarına sırımağa tamamilə haqları olduğu barədə cahil düşüncənin artıq ona heç bir aiddiyyatı yoxdur. Hətta o bir anlıq düşündü ki, belə məcburiyyət yaxşı və pis niyyətli olmasından asılı olmayaraq, cinayətdən başqa bir şey deyil.

Bütün bunlara baxmayaraq, həmişə olmasa da, o nə vaxtsa ərini sevmişdi. Ancaq indi bunun nə mənası var ki? Onun bütün varlığı ilə arzuladığı müstəqlilliklə müqayisədə məhəbbət nədir ki? Açılmayan sirr…

“Azadam! Azadam! Ürəyim, bədənim, hər yerim azaddır!”, – o, dayanmadan pıçıldayırdı.

Jozefina diz üstə çöküb, açar dəliyindən bacısına onu içəri buraxması üçün yalvarırdı: “Luiza, xahiş edirəm qapını aç! Sən özünə əzab verirsən! Sən orada neyləyirsən, Luiza? Allah xətrinə qapını aç”

“Əl çək məndən, mən özümə əzab filan vermirəm”. İndi o açıq pəncərədən həyatın şirəsini canına çəkirdi.

Gələcəyi düşündükcə sevinci artırdı. Yaz, yay: bütün fəsillər, bütün günlər onun olacaq. O, ömrünü uzatması üçün Tanrıya qısaca dua etdi. Halbuki elə dünən həyatın hələ uzun çəkəcəyini düşünəndə bütün bədəni ürpərmişdi.

Nəhayət, kreslodan durdu. Onun par-par işıldayan gözlərində qızdırmalı təntənə var idi, şüursuz şəkildə Zəfər İlahəsi kimi addımlayırdı. Qapını inadkar bacısının üzünə açıb, onu qucaqladı. İkisi birlikdə pilləkənlərlə aşağı düşməyə başladılar. Riçards aşağıda onları gözləyirdi.

Birdən onlar kiminsə çöldən giriş qapısını açdığını eşitdilər. İçəri girən kim olsa, yaxşıdır? Brentli Mellard! Yolda onun paltarı biraz kirlənmişdi, əllərində isə rahat şəkildə yol çantasını və çətiri tutmuşdu. Bədbəxt hadisə baş verən zaman tamam başqa yerdə olduğundan, onun faciədən ümumiyyətlə xəbəri yox idi.

Brentli var gücü ilə qışqıran Jozefinaya və Luizanın onu görməməsi üçün cəld qarşısına keçən Riçardsa key-key baxdı.

Həkimlər gələndə Miss Mellarda ürək partlaması diaqnozu qoydular: onun qəlbi sevincə tab gətirməmişdi.

Tərcümə Cavid Ramazanova aiddir.

Hekayə Analizi Yarışmasında qalib yazı

Müəllif: Müşviqə Həsənova

Deməli hekayəni analiz edərkən basdırılmış duyğuların bir hadisə nəticəsində yavaş- yavaş azad olması və sonrasında isə qəfildən bu duyğuların əldən alınması və ya yenicə əldə etdiyi xoşbəxtliyin yenidən basdırılmağa çalışılmasının insana necə təsir edə biləcəyinin təsvir edildiyini görmək olur.

Biraz daha açsaq, Luiza Mellardın simasında yazar insanların, bu hekayədə qadınların,
cəmiyyətin onlara geyinməyə məcbur qoyduğu obrazı ələ almışdır. Hekayənin əvvəlində
Luizanın ürək xəstəliyinə işarət etməsi, həyatının uzun sürmə ehtimalını düşünəndə kədərə boğulması, həyat yoldaşının ölüm xəbərinə daha sonra verdiyi reaksiya evlilik həyatında xoşbəxt olmadığını və bu vəziyyəti dəyişdirəcək heç nə eliyə bilməyəcəyini göstərir. Çünki cəmiyyət tərəfindən qoyulmuş normalar vardır və ondan kənara çıxanlar heç də xoş qarşılanmır.

Ərinin ölüm xəbərini eşidəndə heç də hər kəsin göstərəcəyi reaksiyanı yox bəlkə də cəmiyyətin ondan gözlədiyini düşündüyü reaksiyanı verir. Ama bu reaksiya da planlı bir şəkildə deyil, çünki illər boyunca müvafiq bir rol oynamağa öyrəşmiş bir insan avtomatik olaraq başqalarınınyanında o rola müvafiq davranışlar sərgiləyir. Daha sonra yalnız qalanda yəni bu yeni xəbərəçöyrəşməyə, daha doğrusu istər-istəməz analiz etməyə başlayanda gerçəkliyin fərqinə varır.

Oartıq azaddır. Azad olması fikri onda bəzi fizioloji dəyişikliklərin – gözlərinin mənalı və parıltılı olması, nəbzinin sürətlə vurması, damarlarında axan qan bədəninin hər bir hüceyrəsini isidib, rahatlıq bəxş etməsi kimi – əmələ gəlməsinə səbəb olur. Bu da o an xoşbəxt olması ilə əlaqələndirilə bilər.
Luiza Mellardın bu davranışı qəddarcasına dəyərləndirilə bilər, hətta ərinin cansız bədənini görəndə ağlayacağını bilsə də yenə də gələcəkdəki xoşbəxt həyatının xəyalından qurtula bilmir. Ancaq obrazla empatiya quranda onu qınamaq olmur. İllər boyunca yaşamış olduğu sıxıcı, öhdəliklərlə dolu həyatından qurtulub sərbəst və xoşbəxt həyata qovuşduğunu düşünür. Ancaq xoşbəxtliyi uzun sürmür. Ərinin evə gəlməsi ona şok təsiri göstərərək ölümünə səbəb olur.

İrronik bir şəkildə ölümünü sevincə bağlasalar da, səbəb əslində ona bəxş edilmiş sevincin, xoşbəxtliyin bir anda əlindən alınmış olmasında idi.

shebnemsadigova.com saytında yayımlanan, sayta aid yazılar, məqalələr, xəbərlər icazə alınmadan nəşr etdirilməz, internetdə istifadə edilməz, çoxaldılmaz, yayımlanmaz. İcazəsiz istifadə edənlər haqqında hüquqi yollara müraciət ediləcəkdir.

Advertisements

Şərh yazın

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out /  Change )

Google+ photo

You are commenting using your Google+ account. Log Out /  Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out /  Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out /  Change )

w

Connecting to %s