Qəbizlik. Almaq amma verməmək

Ya da verə bilməmək..

Qəbizlikdən əziyyət çəkən 54 xəstə (40 qadın, 14 kişi) Gastroenterologiya və Qaraciyər Xəstəlikləri Tədqiqat Mərkəzinin motility* pozuntusu şöbəsinə göndərilərək psixiatrik muayinədən keçirilir (HADS (Hospital Anxiety and Depression Scale) və MINI (Mini International Neuropsychiatric Interview)). Nəticələr həm HADS -də (33.3 % və 22.2%) həm də MINI – də (33.3% və 31.5%) təşviş və depressiya prevalansını nisbətən yüksək olaraq göstərmişdir.

Nəticələrə görə, qəbizlikdən əziyyət çəkən xəstələrdə əhval-ruhiyyə və təşviş pozğunluqlarının yayılması ümumi əhaliyə nisbətən çoxdur və xəstələrin səhiyyə xərclərini azaltmaq üçün mədə-bağırsaq xəstəliklərinin gedişinə təsir göstərən psixoloji disfunksiyalar üçün müdaxilə proqramına ehtiyyac vardır.

Araşdırmanın detallarını buradan oxuya bilərsiniz.

Bağırsaqlar və nəcis sanki insanın həyat təcrübələrini necə həzm etdiyinin əksolunmasıdır. Bağırsaq hərəkətlərimiz həyatımızı necə yaşadığımızı, özümüzlə və başqaları ilə necə əlaqələr qurduğumuzun bir nümunəsidir. Bir növ, həyatın çox hissəsi alıb – vermə axışıdır; həyatı alırıq, bizim üçün lazımlı şeyləri mənimsəyirik və lazımsızları atırıq. Alıb – vermə balansı pozulduğunda qəbizlik ortaya çıxar.

İnsanların bu alıb – vermə balansına dair psixoloq Adam Grantın maraqlı yanaşması var. İnsanları 3 qrupa ayırır: alanlar, verənlər və balanslaşdıranlar, yəni almadıqları müddətcə verməyənlər. Onun araşdırmasına görə, müvəffəqiyyətli insanların çoxunun öz ehtiyaclarını güdərək verənlər arasından çıxır. Maraqlıdır ki, uğur qazana bilməyənlər də yenə verənlər arasından çıxır, amma, bu şəxslər öz ehtiyaclarını gözardı edirlər.

Həyatımızın təbii alıb – vermə axışının müvazinətini pozan bəzi vərdişlərimiz, yanaşmalarımız, ənənələrimiz vardır. Bunları fərqində olmadan həyatımızın mərkəz halına gətiririk. Lakin, diqqət etməyə başladıqca azalda və “qarnımızı” daha rahatlıqla boşalda biləcəyik. Ənənəvi üsullarla qəbizliyinizi müalicə edə bilmirsinizsə, nə idman, nə çox su içmək işə yarayırsa, o zaman psixoloji durumunuzu gözdən keçirin. Məsələ bağırsaqda deyil, beyində ola bilər..

Psixi sağlamlığınızın qayğısına qalmanız diləyilə..

shebnemsadigova.com saytında yayımlanan, sayta aid yazılar, məqalələr, xəbərlər icazə alınmadan nəşr etdirilməz, internetdə istifadə edilməz, çoxaldılmaz, yayımlanmaz. İcazəsiz istifadə edənlər haqqında hüquqi yollara müraciət ediləcəkdir.

Advertisements

Şərh yazın

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out /  Change )

Google+ photo

You are commenting using your Google+ account. Log Out /  Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out /  Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out /  Change )

Connecting to %s