Terapiyada nə baş verir?

Zaman – zaman bu suala cavab verəcək “abzasları” burada paylaşacağam. Hər yeni məlumat yazıldığında xəbərdar olacaqsınız. Yaxşı oxumalar indidən!

=1=

Bir terapist seans bitdiyində pasientin gülümsəməyini və seansla əlaqədar yaxşı hissetməli olduğunu düşünürsə, o terapiya ən vacib olana fokuslanmayıb deməkdir. Ən vacib olan: pasientlə birlikdə onun psixikasını kəşfetmə səyahətidir..

Bir çox terapist, “yaxşı ana” modelinin nümayişi üçün mülayim, sevimli və əziz bir terapist olma arzusuna özünü qapdırıb gedər. Bu cür terapistlər, pasientin müqavimətlərindən və aqressiv duyğularından qaçınmağa meyllidirlər. Halbuki, tam da belə duyğular və bunların səbəbləri analizin və terapiyanın mövzusudur. Başından bəri terapist,  terapevtik əməkdaşlığın yaradılmasına diqqət edər: pasientlə terapist arasında istər müsbət istərsə də mənfi mənada nələrin yarandığı üzərinə maraqlanmaq.

Pasientə terapevtik əməkdaşlıq qurmağı əmrini verə bilməzsiniz. Bunun tam olaraq inkişaf etməyi proseslə, gedişatla əlaqədardır. Bəzən sağlam bir terapevtik əməkdaşlıq uzun zaman alır.

Birlikdə bir səyahətə çıxırsınız. Bu qarşılıqlı çalışma müddətində terapist onun o anki hallarına və düşüncələrinə fokuslanır.
Səyahət məcazını genişlətsək əgər, terapist pasientin qarşısında yerimir, onun arxasında da qalmır. Bu səyahətin onun həyatındakı ən önəmli şey olduğunu terapist bilir və pasient də proses boyunca bunu mənimsəməyə başlayır.

= 2 =

Terapiyaya başlandığı andan etibarən terapist pasient haqqında onun anlatdıqları və özünün bildiyi məlumatlar nələrdirsə və nə qədərdirsə, ikisi arasında açıq, şəffaf, görülə bilən olmalıdır. Kənardan məlumat alınmamalıdır. Sosial şəbəkələrdə bir – birini izləmək, pasient haqqında internet üzərindən məlumat axtarmaq/almaq, seanslarda danışılan mövzuları mesaj yolu ilə terapistlə paylaşmaq etik deyildir.

= 3 =

Psixoloqla görüşdüm amma elə mən danışdım, o çox danışmadı…

 

Terapiyada hər iki tərəf də terapistin ancaq faydalı olacağı zaman danışacağını bilir. Susqunluğunun analitik və ya terapevtik prosesi qorumaq və onun yeni bir şey yaşantılamağına yardımçı olmaq məqsədi daşıdığını, yəni ona olan hörmətindən qaynaqlandığını bilir. Terapevtik əməkdaşlığa bir misal kimi dəyərləndirin. Pasient terapistin susqunluğuna dözməyini bu əməkdaşlıq mümkün edər.

Terapiya, şəxsin duyğularını, yaşantılarını, adaptasiyasını, müdafiələri və inkarlarını

 

ikimizin arasına gətirməyini məqsəd qoyar. Beləliklə bunlara “toxuna” bilərik. Bu dəfə, bu gerçəklikdən sonra münaqişələrini yeni bir formada dərinləməsinə işləməyə və bunları çözməyə girişəcəkdir. Əgər pasientə məntiqli bir şərh versəm, terapevtik çərçivəni pozmuş olaram və açar qaydalardan biri yıxılar. Bu qayda: onun terapiyadan kənardakı həyatını mənim idarə etmədiyimdir.

shebnemsadigova.com saytında yayımlanan, sayta aid yazılar, məqalələr, xəbərlər icazə alınmadan nəşr etdirilməz, internetdə istifadə edilməz, çoxaldılmaz, yayımlanmaz. İcazəsiz istifadə edənlər haqqında hüquqi yollara müraciət ediləcəkdir. 

Advertisements

Şərh yazın

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out /  Change )

Google+ photo

You are commenting using your Google+ account. Log Out /  Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out /  Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out /  Change )

w

Connecting to %s