Qadın. Bəkarət. Qorxu.

İlk cinsi əlaqə qadın üçün olduqca qorxu yüklüdür. Bu qorxu bir yandan illərdir qabardılaraq bəhs edilən “qızlıq zərinin partlayacağı” qorxusu, kontrol edilməz bir ağrı və qanama qorxusu, digər yandan da qarşıdakı kişinin özünə barikə olub-olmadığını “test edəcəyi” bir imtahandır. Gənc qadın bütün bunlar səbəbindən cinsi əlaqədə təməl olaraq qorxu keçirir. Bu qorxu ədəbiyyatı nəsildən nəsilə mühazirə şəklində qadınlar arasında daima təkrarlanaraq təqdim edilir. Özünün “ilk gecə” qorxusunu bir sonrakı qadın nəsli ilə paylaşan qadın, sadəcə özünün necə “əl dəyməmiş”, dolayısı ilə dəyərli olduğunu ortaya qoymaqla qalmaz, eyni zamanda gənc qadınların “qorxularını” yaradar, yerləşdirər və yenidən istehsal edər. Bu çoxyönlü qorxu qadında cinsəlliyin həzz və kef ilə deyil, gərginliklə yaşanmasnı və mümkün olduğunca uzaq durulma halını yaradır.

Rebecca D. Harris

Bir yandan da qadın hər zaman bilir ki, o “ilk gecə” sadəcə onun özü üçün ilk gecədir. Yoldaşı ən azından pul qarşılığında daha əvvəl biri ilə sevişmişdir. Dolaysı ilə, bu ucaldılan “ilk” və “xüsusi” olma halı sadəcə qadın üçün keçərlidir, kişi üçün yox. Bir – birini tanımayan və toy gecəsi tanış olan cütlük üçün cinsi performans gözləmək real deyil.

İnsanlar bir – birini pillə – pillə tanıyırlar. Ən çox da seksual sferada yavaş – yavaş tanıyır, öyrəşir və dadını çıxarda bilirlər. Məhdud toxunuşlar şəxsin sürətinə və hazırlığına görə irəliləyər. İstənilməyən nöqtədə geri dönüşü olar. Flirt ərəfəsi qısa sevişmələr duyğusal, fiziki və şəxsi yaxınlıqlar üçün sınaq dövrüdür. Bu dövr, sadəcə heç sevişməmiş bakirələr üçün deyil, daha əvvəl cinsi təcrübəsi olan şəxslərin sonrakı münasibəti üçün də keçərlidir. Yataq və tam sevişmə (penetration), cinsəlliklə əlaqəli tanışlıq üçün uyğun bir başlanğıc şəraiti deyil. Qadın üçün bu təcrübə xəyal qırıqlığı, gərginlik və qorxu doludur, dolayısı ilə xoşbəxt bir evlilik başlanğıcı üçün risklidir.

Qızlıq zəri – Hymen

Xarici cinsi orqanların bir hissəsini yaradan vulvanın davamı olan və hormonların təsiri ilə xüsusiyyətini yaşa görə dəyişdirən bir toxumadır. Doğuşda anadangəlmə hormonların təsiri ilə qalın, açıq çəhrayı və bir- birinin üzərinə qatlanan quruluşu, bu hormonların azalmağı ilə birlikdə yeniyetməlik dövrünə qədər daha incə, hardasa şəffaf və toxunduqda ağrılı, həssas bir xüsusiyyət qazanır. Yeniyetməlik dövründə yeniden ostrogenin təsirində qalan zər daha ətli və elastik forma alır.

Burne_Jones-HymenaeusYunan dilində zər mənasına gələn “hymen”, eyni zamanda evlilik tanrısı Hymenaeus`a da adını vermişdir. Antik çağlardan başlayaraq qızlıq zəri bəkarətin və qadınların seksuallığının nəzarət altına alınmasının vacib bir vasitəsi olaraq qarşımıza çıxır. Bu tarixlərdə başlayan səhv inanclar günümüzdə də varlığını davam etdirməkdədir. Qızlıq zərinin ilk cinsi əlaqədə yırtılacağı, qanama meydana gələcəyi və dolayısı ilə bir qadının bəkarətinin bu zərin quruluşu ilə anlaşıla biləcəyi düşüncəsi də qədim vaxtlardan günümüzə dək uzanan bir yanlışdır.

Yeniyetməlik dövründə ostrogenin təsiri ilə elastikliyi artan və bədənin inkişafı ilə birlikdə eni genişlənən bu zər, bugünə qədər aparılmış çox araşdırmanın da göstərdiyi kimi qadınların ilk cinsi əlaqələrində qanamamaqda və yırtıq əmələ gəlməməkdədir. İlk cinsi əlaqədəki nəticələrin yalnız 43%ində qanamanın meydana gəldiyini göstərən bir araşdırmada, bu qanamanın kökünün də hər zaman qızlıq zəri olmadığı, cinsi əlaqə zamanı zərər görə bilən digər xarici genital orqanlar və ya vaginanın da qanamada rol oynaya bildiyi təyin edilmişdir. Cinsi əlaqə ərəfəsində seliyin ifrazı qızlıq zərinin elastikliyi ilə birlikdə hər hansısa zərər görmədən cinsi əlaqənin tamamlanmasını mümkün edir. Meydana gələ bilən kiçik yırtıqlarda edətən heç qanama olmur, yırtıq dərin deyilsə heç bir iz buraxmadan zər sağala bilir. Qadınların bir qismində bu toxumanın heç olmadığı da müşahidə edilmişdir. Digər canlılarda da mövcud olan bu toxuma üçün misal gətirsək, balinalarda varlıq səbəbi suyun cinsi orqanlarla təmasının əngəllənməyi ilə izah edilir.

Jin Xingye

Cinsi təcavüzlərin araşdırılması zamanı “qızlıq müayinəsi” metod olaraq istifadə edilir. Tibb elminin xaricindəki bu səhv inancın, tibbi muayinələrdə uzun illər boyunca istifadəsi davam etmişdir. Yetişgin qadınlarda cinsi təcavüzün tək isbatı olaraq görülən və araşdırılan qızlıq zəri yırtıqları, cinsi təcavüzün isbat edilə bilməməsi kimi nəticələrə yol açmışdır. Bəkarət anlayışının əxlaq ilə eyni anlamlı hala gəlməsi, qadının yolunu namus adına işləndiyi iddia edilən cinayətlərə, intiharlara qədər uzatmışdır.

Qızlıq zəri olaraq adlandırılan toxuma, yetişgin qadınlarda hər hansısa bir cinsi aktivliyin göstəricisi olaraq istifadə edilməməlidir. Edilə də bilməz. Uşaqlıq və yeniyetməlik dövründə cinsi istismaq və hücumlar üçün anlamlı sübutlardan biri olaraq dəyərləndirilə bilirsə də, fizioloji inkişaf tamamlandıqdan sonra bu funksiyasını itirməkdədir.

shebnemsadigova.com saytında yayımlanan, sayta aid yazılar, məqalələr, xəbərlər icazə alınmadan nəşr etdirilməz, internetdə istifadə edilməz, çoxaldılmaz, yayımlanmaz. İcazəsiz istifadə edənlər haqqında hüquqi yollara müraciət ediləcəkdir. 

Advertisements

Şərh yazın

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out /  Change )

Google+ photo

You are commenting using your Google+ account. Log Out /  Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out /  Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out /  Change )

Connecting to %s