Övladınızın dərslərinə laqeyd yanaşdığını düşünürsünüz?

Zəhra Qorxmaz
Psixoloq

WhatsApp Image 2017-10-23 at 00.51.05

Bir çox ata-analar övladlarının dərslərinə qarşı həvəssiz yanaşdığından (Mən xatırlatmasam, dərsləri heç yadına da düşmür… ) şikayətlənirlər və təbiidir ki, onların gələcəyi üçün narahatdırlar. Belə vəziyyətlə qarşılaşdıqda bir çoxumuz bununla başa çıxmaq üçün müxtəlif üsullardan istifadə edirik: “Dərsini oxuması üçün bəzən qorxudur, bəzi hallarda isə çox sevdiyi şeyi alacağımı deyirəm”, “Hər ikimiz üçün də rahat olsun deyə dərslərini özüm edirəm” və s. Bütün bunlar övladlara zərərdən başqa bir şey gətirməz. “Bəs onda mən valideyn olaraq övladımın dərslərini sevərək etməsi üçün nə etməliyəm???”
İlk növbədə, empatiya qurun. Özünüzü övladınızın yerinə qoyub, onu anlamağa çalışın. Bu vəziyyətdə (dərslərinizi sevmədiyiniz zaman) siz olsaydınız sizinlə necə davranılmasını istərdiniz?
Gəlin, uşaqların günlük rejimini düşünək…
Səhər erkəndən günorta saatlarına qədər dərsdə olurlar. Bizim işdə yorğun olarkən evə dönməyi istədiyimiz kimi onlar da dərsin bitəcəyi və evə dönəcəkləri vaxtı səbrsizliklə gözləyirlər. Bu düşüncədə olan və yorulub dincəlmək istəyən uşağa evə daxil olan kimi: “Yeməyini yeyib, dərslərinə başlayırsan…” – deyilməsi onu əsəbləşdirə bilir. Belə olanda övladınızda dərslərinə qarşı mənfi düşüncələr formalaşar, hətta dərslərinə nifrət edə bilərlər. Uşaqlar evdə dincəlmək, oynamaq, əyləncəli vaxt keçirmək istəyir. Ona bu imkanı tanıyın. Dərsdən gəldikdə övladınızı sevgi ilə qarşılayın, dincəlib oynamasına şərait yaradın. Övladınızın edə biləcəyi işləri öz öhdəliyinə buraxın. Belə olduqda öhdəliklərini bilmiş və məsuliyyətli olmağı öyrənmiş olacaqdır. Öz dərslərini vaxtlı-vaxtında özü etməsi gərəklidir. Etmədikdə isə onun nəticələrini yaşayaraq görəcək və məsuliyyət hissi yaranacaqdır. Bir şəxsiyyət olaraq övladınızın seçimlərinə hörmət edin, buraxın öhdəliyində olan seçimləri özü etsin. “İstədiyin oyunu oynaya bilərsən, ancaq yatmazdan öncə dərslərini bitirməyi unutma.”
Ana-atalar bəzən övladlarının gündəlik dərsini oxumasını o qədər önəmsəyir ki, onları tapşırıqları etdikdə mükafatlandırır, etmədiyi zaman isə cəzalandırırlar. Belə olanda övladınıza istəmədən də olsa: “Sadəcə dərslərini oxuduğun üçün səni sevirəm, məhz buna görə dəyərlisən.” mesajını vermiş olursunuz. Uşaqlar hər insanda olduğu kimi bəzən müvəffəqiyyətli, bəzən də uğursuz ola bilərlər. Əsas önəmli olan valideynlərinin onu hər zaman sevdiyini hiss etməsidir. “Səni bütün şərtlərdə sevirəm, müvəffəqiyyətli olmağından asılı olmadan…” Bu mesajı verdiyinizdə övladınız dərslərini sizin sevginizdən məhrum olma qorxusu olmadan oxuyacaqdır.
Övladınız daha azyaşlıdır, onun dərsləri həyatında böyük rol oynasa da, onun bütün həyatı deyildir. O, dərsləri ilə yanaşı oynamalı, yoldaşları ilə vaxt keçirməli, əylənməlidir. Övladınızın ruhi sağlamlığı, özü ilə barışıq, xoşbəxt olması bir çox şeydən öncə gəlir. Azyaşlılara səbrli yanaşmamız diləyi ilə.

 

shebnemsadigova.com saytında yayımlanan, sayta aid yazılar, məqalələr, xəbərlər icazə alınmadan nəşr etdirilməz, internetdə istifadə edilməz, çoxaldılmaz, yayımlanmaz. İcazəsiz istifadə edənlər haqqında hüquqi yollara müraciət ediləcəkdir. 

Advertisements

Şərh yazın

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out /  Change )

Google+ photo

You are commenting using your Google+ account. Log Out /  Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out /  Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out /  Change )

w

Connecting to %s