Qısqanclıq. Sağlamdır ya patoloji?

Kontrol edilən telefonlar, şifrəsi qırılan sosial hesablar, açılan yalançı profillər, edilən anonim zənglər, sədaqət kontrolçusu rəfiqələr, məsumiyyətin isbatı üçün atılan son dəqiqə selfiləri və s…..
Ah, kor olası qısqanclıq! Nə sevgiləri ayırdı, nə evlər yıxdı, nə günahsız insanları qurban etdi. Qılınc kimi keçib çoxlarının boğazına. Elə bir qılınc ki, hər iki tərəfi də kəskindir. Niyə belə dediyimi birazdan açıqlayacağam. İndi biraz qısqanclığı analiz edək. Kimdir? Kimlərdəndir? Məqsədi nədir? Niyə bu qədər məşhurdur?

FilipaViana_Jealous_xs-1

Etniklər, mədəniyyətlər arası qısqanclığın ölçüsünə baxdığımızda paxıllığa və ya qadın-kişi qısqanclığı arasındakı hipotetik fərqlərə fokuslanan fərqli nəzəriyyələr ortaya çıxır. Bəziləri, duyğu yüklü bir bağ üçün real vəya elə qəbul edilmiş, rəqiblərə bağlı duyğusal qısqanclıqla, hərəki vəya düşüncədəki xəyanəti əhatə edən seksual qısqanclıq arasında fərq qoyublar. Freud və digərləri isə parçalayıcı olan patoloji qısqanclıq ilə, daha yayğın görünən və cütlüklər arasındakı bağı qorumaq üçün yaradılmış normal qısqanclığın bəzi formaları arasında dərin bir fikir ayrılığı yaşayıblar. Bu səbəbdən, orta dərəcəli realist bir qısqanclıq münasibəti qorumağa xidmət edərkən, özlərini, münasibətlərini və ya partnerlərini məhv etmə nöqtəsinə gətirərək fərdləri tükətən və vəsvəsəli hala gətirən bir düşmənə çevrilir.

Qısqanclığın parçalayıcı formaları aşağı özsayqı və güvənsizlik hissindən qaynaqlana bilər. Bu, gələcəkdə realist vəya xəyali olaraq sevgi qavramını itirmə təhdidi ilə böyüyə bilər. Yıxıcı qısqanclığın digər formasını, əsl məqsədin münasibəti qorumaq deyil, kontrol altında tutmaq olduğu, sahiblənici qısqanclıq formaları əhatə edir. Bəzilə qısqanclığın insanları “dəli” edəcəyini düşünür. Nadirən ruh düşkünlüyü, güvənsizlik hissi verən qısqanclıqlar travma sonrası stress pozuntusu (TSSP/ PTSD) bənzəri sindrom olaraq böyüyə bilər. Yuxusuzluq, qıcıqlanma, əsəbilik və vasvası düşüncələr inişaf edə bilər. Bəzi insanları intihara sürükləyə bilər, hətta, daha da pisi, qısqanclıq çox zaman qadınların partnerləri və ərləri tərəfindən öldürülmələrinə zəmin hazırlayan bir faktor ola bilir. Təbii burada kültürəl ünsürlər də qısqanclığın duyğusal qarışıqlığına əlavə edildiyində, fərdlər partnerin gerçək vəya xəyali sədaqətsizliyindən ötürü biyabrçılıqdan yaxud utancdan əndişə duya bilərlər.

İrrasional qısqanclığa tutulan insanların qorxu dolu, panika halında, şübhəcil və əsəbi, qısacası, tez-tez  yanlış qərarlar verdirən, kontrolsuz davranışlara səbəb olan və ən nəhayətində əksəriyyətlə pərişan bir münasibətə yol açan bütün bu duyğuları hiss etmələri yüksək ehtimaldır. Daha çox təxribata meyl edərlər, və bəzən özlərindən gözləmədikləri davranışlar ortaya çıxar (onun telefonundakı mesajları oxuduğuma inana bilmirəm, mən nə zaman belə güvənsiz birinə çevrildim?).

Zaman-zaman qısqanclıq hiss etmək normaldır. Yuxarıda yazılanlar gözünüzü qorxutmasın. Lakin, əgər qısqanclıq davamlıdırsa və ya yersiz bir duyğu halına gəlirsə, bu, keçmişdə yaşanmış travmaların, sədaqətsizliklərin yükünü yansıda bilər. Yoğun vəya patoloji qısqanclıq, aşağı özsayqının vəya sahiblənmə yaxud kontrol etmə təşəbbüslərinin istiqamətində, güvənsizliyin gizlədilməsi yönündə aşırı səy göstərmənin məhsulu ola bilər. Konsultasiya vəya psixoterapiya dəstəyi almaq keçmişdəki travmaların kəşf edilib, çözülməsində və güvənsizlik hissi ilə mübarizədə daha yaxşı nəticələr əldə edilməsinə qatqısı ola bilər.

qis2

Bəlkə də qısqanclıq duyğuları sizin özünüz haqqında əslində çox da yaxşı hiss etmədiyiniz birşeylərin olduğunun bir işarəsi ola bilər. Ya da qısqanclıq hissləri münasibətinizin çox məsafəli olmağına və ya bir-birinizdən qopmağa başladığınıza dəlalət edə bilər. Belə hallarda qısqanclıq bir erkən xəbərdarlıq vəzifəsi görərək, özümüzə və ya münasibətimizdəki səmimiyyət dərəcəsinə diqqət yetirməyimizə dair bizi xəbərdar edər.

Orta dərəcəli və nadir qısqanclıq tutmaları tamamən normal ola bilər. Bəzən biraz güvənsizliyə işarə edər ya da münasibətimizə sahib çıxmağımız üçün bir siqnaldır. Patoloji qsqanclıq isə münasibətdə olquca yıxıcı ola bilər və hətta ekstrim hallarda aqressiv davranış, intihar yaxud cinayətə qədər yol alacaq təhlükədədir. Bəzən keçmiş travmalar kontrol ehtiyacı duyurur, yoxsa şəxsi faktorlar işi manyakal, hətta daha uc nöqtələrə sürükləyə bilər. Ekstrim qısqanclıq hallarında, şəxslərin takıntılı, depressiv, hədsiz kontrolçu və ya çox vasvasalı olduğu hallarda psixoloji və psixiatrik konsultasiya olduqca əhəmiyyətlidir.

qis3

Münasibətin davam etməyi, inkişafı və təbii qısqanclıq hissləri ilə mübarizə ehtiyacı duyulan vəziyyətlərdə, çox vaxt, sanki, qısqanclıq hiss etmək deyil, bu təbii duyğuya verdiyimiz qarışılıq münasibətlərimiz üçün zərərlidir. Əgər günahlandırıcı, sahiblənici və kontrol edici olaraq qəbul ediləcək dialoqlar qursaq, bu münasibəti geriyə aparar. Yetişgin bir şəkildə, qısqanclıqla əlaqəsi olan güvənsizliklərin, cazibələrin və həssas duyğuların partnerlə paylaşımı, münasibətdə məhrəmiyyəri və etibarı artırmaqda yardımçı ola bilər.

Bir yanda qısqanclığı bir metod kimi istifadə edərək münasibəti qorumaq, digər yanda münasibəti zədələyən formanı alan qısqanclıq yaşamaq durur. Lakin, siz mərkəzdəsiniz. Qısqanclığın sizə iki tərəfi də kəskin olan qılınc şəklində yanaşmasındansa, siz onu bu şəkildə istifadə edə bilərsiniz. Özsayqınız üzərində işləyərək, münasibətdə səmimiyyət üçün şərait yaradaraq, düşüncələri sözlü şəkildə partnerlə paylaşaraq. Beləcə, həm sizdəki əndişə yaradacaq düşüncələrdən uzaqlaşarsınız, dəyərli bir münasibət yürüdərsiniz, itirməkdən qorxmaq yerinə, yıxıcı olmaq yerinə daha qurucu, bərpaedici bir əlaqədə olarsınız.

Psixi sağlamlığınızın qayğısına qalmanız diləyi ilə…
Şəbnəm Sadıqova
Psixoterapevt

maritaltherapy
cpancf jealousy 

shebnemsadigova.com saytında yayımlanan, sayta aid yazılar, məqalələr, xəbərlər icazə alınmadan nəşr etdirilməz, internetdə istifadə edilməz, çoxaldılmaz, yayımlanmaz. İcazəsiz istifadə edənlər haqqında hüquqi yollara müraciət ediləcəkdir. 

Advertisements

Şərh yazın

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out /  Change )

Google+ photo

You are commenting using your Google+ account. Log Out /  Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out /  Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out /  Change )

w

Connecting to %s