Bir qələm, bir dəftər, bir də acı xatirələr…

Aranızda əksəriyyətiniz məktəb dövrlərindən gündəlik tutub. Anasının əlinə keçməsin deyə gizlədəcək yerlər axtarıb. Bəzən elə yerdə gizlədib ki, sonra özü də tapa bilməyib. Ya da təmizlik zamanı, anasına qapdırıb.
Yazmaq bir yana, gizlətmək üçün nə qədər enerji sərf etmisiniz. Hətta özünüzə məxsus bir əlifba belə yaratmaq istəmisiz, yazdıqlarınızı sizdən başqa heçkəs oxuya bilməsin deyə. Bu gizlətmə proseduru bu qədər stressli olmasa, işin özü çox faydalıdır. Düşündüyünüzdən daha çox.

Yaşanmış travmatik hadisələrin, neqativ təcrübələrin, stressli düşüncələrin açığa çıxrılması, qələmə alınması, gündəlik şəklində yazılması insanın həm psixi, həm də fiziki sağlamlığına müsbət təsir edir. Pennebaker, Kiecolt-Glaser & Glaser tərəfindən 1988ci ildə aparılan araşdırmalar, Pennebakerin daha sonralar Holocaust qurbanları üzərinə apardığı müsahibələr, 1994-də Drake Beam Morin, 1999da Joshua Smyth və Arthur Stone, Stony Brook kimi bir çox araşdırmaçıların apardığı işlərdə gündəlik tutmağın duyğu və düşüncələri açmağın praktik dəyəri olduğunu göstərmişdir. Yazmağa başlayan şəxslərin immunitet sistemində, iş yerindəki performansında, insanlarla ünsiyyətində, stresslə mübarizə yöntəmlərində və s. dəyişiklik müşahidə edildi.

Qısacası, travmatik təcrübələrlə üzləşməyin fiziki sağlamlığa faydası olduğu təsdiqləndi.

Yazın. Yazmaqdan çəkinməyin. Terapiyada görüşdüyüm şəxsləri də yazmaqları üçün cəsarətləndirirəm. Yuxuların, fantaziyaların analizi kimi, yazılanların da analizi, müzakirəsi terapiya üçün dəyərlidir.

 

Şəbnəm Sadıqova
Psixoterapevt

 

 

shebnemsadigova.com saytında yayımlanan, sayta aid yazılar, məqalələr, xəbərlər icazə alınmadan nəşr etdirilməz, internetdə istifadə edilməz, çoxaldılmaz, yayımlanmaz. İcazəsiz istifadə edənlər haqqında hüquqi yollara müraciət ediləcəkdir. 

Advertisements

One thought on “Bir qələm, bir dəftər, bir də acı xatirələr…

Şərh yazın

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out /  Change )

Google+ photo

You are commenting using your Google+ account. Log Out /  Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out /  Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out /  Change )

Connecting to %s