Yuxu iflici ft Qarabasma

Bağırırsınız amma səsiniz çıxmır.
Üstünüzdə oturan əcayib varlıq sizi boğur, qova bilmirsiniz…

Psixoterapevt Şəbnəm Sadıqova

eyes

Yuxudan qəfil boğulma hissi ilə oyanırsınız, sanki üstünüzdə biri oturub və sizi boğur. Bəzən onunla əlbəyaxaya da çıxa bilirsiniz. Sonra yoxa çıxır..
Nəfəsiniz kəsilir, səslənə bilmirsiniz. Hətta elə həddə gəlib-çatır ki, əllərinizi və ayaqlarınızı tərpədə bilmirsiniz. Qorxudan, çarəsizlikdən çırpınıb durursunuz. 
Dünyanın demək olar ki bütün mədəniyyətlərində fərqli adlar (jinn, qarabasma) verilən bu qorxulu vəziyyətin elmi izahı vardır.

Yaşadığınız bu hal yuxu iflicidir. Bir insanın yuxudan oyandığı halda hərəkət edə və ya danışa bilməmə halıdır. Bu, tez-tez REM yuxusundan canlı röya ərəfəsinə (bütün əzələlərin iflic yaşadığı paradoksal yuxu mərhələsinə) keçiş zamanı bədənin yuxudankənar hərəkətlərini əngəlləmək üçün baş verir. Yəni qoruyucu funksiya yerinə yetirir. 

Yuxu iflici zamanı, zehin hələ yuxu dünyasında duyğu səpələnməsı (sensory spill)  yaşadığı üçün bulanıq (dumanlı) olur və bu, şəxsin hallüsinasiya görməyinə səbəb ola bilir. Həmin an hissedilən nəfəs ala bilməmə, döş qəfəsindəki ağırlıq hisslərinin səbəbi də əzələlərin hələ də paraliz vəziyyətində olmağıdır. Hansısa mövcüd olmayan, bədbaxt bir canlı deyil.

Əzələlərdə niyə paraliz vəziyyət yaransınki? deyə soruşursunuzsa, izah edim. Yatdığımız zaman beynimiz müxtəlif aralıqlarla REM və NonREM deyilən mərhələlər yaşayır. Yuxular REM ərəfəsində görülür. Ruxu zamanı qaçmaq, hoppanmaq, yerimək və hətta uçmaq kimi hərəkətləri yatağınız üzərində etməməyiniz üçün bədən iflic vəziyyətində olur. Əvvəllər yuxu zamanı beynin öldüyünü deyərdilər. Bunun mif olduğu sonralar araşdırıldı və görüldü ki, beyin elə sahibi yatarkən də zəhmətkeşcəsinə işləyir. Yuxu zamanı yatan sadəcə bədəndir. “Lunatik”lərdə isə vəziyyət bir qədər başqadır.

Yuxu iflici: beynin oyanıb, zehnin açıldığı bir zamanda bədəndəki paralizin davam etməyi deməkdir. İnsan bədənini hərəkət etdirməyə, danışmağa, nəfəs almağa çalışır amma iflic olduğu üçün bunu edə bilmir. Bu vəziyyət çox nadirən uzun sürə bilir. Adətən bir neçə saniyə vəya dəqiqə çəkir. Şəxs REM yuxusuna geri döndükdə hərşey əvvəlki halına qayıdır. Ya da o, tamamilə yuxudan oyandığı zaman bu işgəncəsi bitmiş olur.

Hərkəs ömründə bir dəfə də olsa yuxu iflicini yaşayır. Bunun üçün yuxu pozuntusu vəya hansısa patalogiyanın olmağı vacib deyil. Düzənsiz yuxu rejimi, stressli iş-həyat, yanlış qidalanma, qəbul edilən bəzi dərmanlar yuxudakı narahatçılıqlara səbəb ola bilər. Bunlara nəzər yetirsəniz, yuxu iflici problemində azalmanın olması yüksək ehtimaldır. Cin çıxartma “əməliyyatları”na verəcəyiniz pullarla da özünüzə rahat yastıq-yorğan alın, şəraitə bağlı yuxu problemləriniz aradan qalxmış olsun. Əgər hərşeyə rəğmən, bu problem davam edirsə, bir EEG çəkdirməyinizdə fayda vardır.

Psixi sağlamlığınızın qayğısına qalmanız diləyilə…

 

shebnemsadigova.com saytında yayımlanan, sayta aid yazılar, məqalələr, xəbərlər icazə alınmadan nəşr etdirilməz, internetdə istifadə edilməz, çoxaldılmaz, yayımlanmaz. İcazəsiz istifadə edənlər haqqında hüquqi yollara müraciət ediləcəkdir. 

Advertisements

One thought on “Yuxu iflici ft Qarabasma

  1. Salam.Shebnem xanim bu hal mende tez tez baw verir. Bir defe hetta kimsenin menim yatagima nece oturdugunu da rahat hiss etmiwem.sanki real heyatdaki kimi .sonrasi melumdu.hemin o kimsenin meni bogmasi.sanki oynuyur menle hemde cigirti sesleri ile. Bunu nece izah ede bilersiz.eger bu hal tez tez tekrarlanirsa bundan nece qurtulmaq olar

    Like

Şərh yazın

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out /  Change )

Google+ photo

You are commenting using your Google+ account. Log Out /  Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out /  Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out /  Change )

w

Connecting to %s