Uşaqlarda diqqət əksikliyi və hiperaktivlik

Zəhra Qorxmaz
Psixoloq

Uşaqlarda hiperaktivlik yaşına və inkişafına uyğun olmayan diqqətsizlik, çox hərəkətlilik ilə özünü göstərən nevroloji bir pozuntu hesab olunur. Məktəb öncəsi və məktəb dövründə olan uşaqlarda daha çox müşahidə olunur. Uşaq davranışlarını kontrol etməsi və diqqətini cəlb etməsində problem yaşayır. Belə uşaqlar yaxınları tərəfindən adətən “enerjisi tükənməyən”, “yerində dura bilməyən”, “dalğın”, “unutqan” və s. kimi adlandırılır. Belə davranışlar bir az yaşlı uşaqlarda müşahidə olunduğundan hiperaktiv olub-olmadığını müəyyən etmək üçün yetərli təcrübə və bilik sahibi olunmalıdır. Bəzən hərəkətli olan az yaşlıları hiperaktiv adlandırması hallarına rast gəlirik. Belə halların qarşısını almaq üçün bunu müəyyən etməyi mütəxəssislərə həvalə etməniz gərəklidir.
Dünyada uşaq və yeniyetmələrin 5,29%-nin hiperaktiv olduğu müəyyən edilmişdir. Oğlan uşaqlarında qızlara nisbətən daha çox rast gəlinir. Cəmiyyətdə hələ yeni tanınan problem olmasına baxmayaraq, daha uzun zamandan bəri bilinib, araşdırılır.
Hiperaktivlik diqqət əskikliyi ilə bərabər müşahidə olunduğundan bu problemi mütəxəsislər çox zaman “Diqqət əksikliyi və hiperaktiv pozuntu” (DƏHP) adlandırırlar. Pozuntunun səbəbkarı kimi valideynlər çox zaman özlərini və ya övladının yaşıdlarını günahkar hesab edə bilirlər. Lakin pozuntu əsasən, genetik faktorlarla bağlı olur. Bundan əlavə isə ana bətnində yaşanan problemlər, doğum zamanı alınan travmalar və s. səbəb ola bilər.
Hiperaktivlik – həddindən artıq hərəkətlilik anlamına gəlir. Lakin bu termin bütün uşaqları tam izah edə bilmir. Çünki uşağın hiperaktiv olmadan da, DƏHP olması mümkündür. Belə problemi olan bəzi uşaqlarda pozuntunun hərəkətlilik əlaməti daha çox nəzərə çarparkən, bəzi uşaqlarda isə bu diqqət əksikliyi olaraq ön plandadır. Digər qrup uşaqlarda isə hər iki əlamət nəzərə çarpacaq dərəcədə müşahidə olunur.
DƏHP olan uşaqlarda görülə biləcək əlamətləri aşağıda sadalamışıq:
• Asanlıqla diqqətin dağılması;
• Konsantrasiya gərəkli olduğu tapşırıqları yerinə yetirmədə çətinlik çəkmə;
• Etdiyi işi bitirməkdən digərinə keçmə;
• Plansız iş görməyə öyrəşmə;
• Uyğun olmayan zamanlarda da qaçmaq, durmadan gəzmək istəyi;
• Oturduğu yerində sakit dura bilməmək (hərəkətlilik) və s.
• Çox danışma, mövzudan mövzuya keçmək.
• Sırasını gözləyə bilməmək (ümumilikdə, səbrsizlik);
• Başqalarının sözünü kəsmək, ona aid olmayan işlərə qarışması;
• Gündəlik edilməsi vacib olan işlərin unutması;
• İnsanları dinləməkdə çətinlik çəkməsi və s.

DƏHP-nun müalicəsi vardır. Belə şəxslərin 90%-i müalicəyə müsbət cavab verir. Psixoterapiya və dərman vasitələrinin yardımı ilə müalicə tətbiq olunur.
DƏHP olan uşaqlarla düzgün ünsiyyət qurulmasında əsas iş valideynlər və müəllimlərin üzərinə düşür. Onlara dəstək olmaq üçün öncə onları yaxşı anlamağa çalışmaq lazımdır. Onlara qısa zamanda edə biləcəyi tapşırıqlar verilməlidir. Valideynlərin övladlarının fasilələrlə dərs oxumasına önəm verməsi lazımdır. Dərs oxuduğu otaqda diqqət dağıdıcı vasitələri aradan qaldırılması gərəklidir. Diqqəti  dağıldıqda və ya hərəkətli davrandıqda ona hərəkətdə ola biləcəyi işlər verə bilərsiniz. Belə uşaqların sakit olduğu, diqqətini daha çox cəlb etməyi bacardığı işlərdə mükafatlandıra bilərsiniz. Bununla da, bir sonrakı dəfələrdə övladınızı diqqətli olmağa, sakit qalmağa həvəsləndirmiş olarsınız. Ən önəmlisi isə övladınıza səbrli, mehriban davranmanız gərəklidir.

Terapiya Evi
050 241 03 40

shebnemsadigova.com saytında yayımlanan, sayta aid yazılar, məqalələr, xəbərlər icazə alınmadan nəşr etdirilməz, internetdə istifadə edilməz, çoxaldılmaz, yayımlanmaz. İcazəsiz istifadə edənlər haqqında hüquqi yollara müraciət ediləcəkdir.

Advertisements

Şərh yazın

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out /  Change )

Google+ photo

You are commenting using your Google+ account. Log Out /  Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out /  Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out /  Change )

w

Connecting to %s