Sağlam cinsi həyat üçün diqqət edilməli məqamlar

Şəbnəm Sadıqova
Psixoterapevt

Cinsəllik həm ən çox maraqlanılan, həm də ən çox qadağan edilən, ən çox danışılan, əslində heç danışılmayan, çox az bilinən amma çox bilindiyi iddia edilən, bir yandan öyünülən, digər yandan da çox utanılan bir mövzudur. Elmi olanla olmayan arasında qalır insanlar. Doğru olanla, qulaqdan dolma məlumatları ayırd edə bilməməyin çarəsizliyini yaşayır cəmiyyət. Hər dörd yetişkindən birinin, daha geniş baxdıqda isə həmin cəmiyyətin yarısından çoxunun problem yaşadığı bir sahədir cinsəllik.

İllərdir cinsi problemlərin terpiyası ilə məşğul olan bir professional olaraq, insanların yaşadığı cinsi sıxıntıları, cinsi maariflənmədəki əksiklikləri, yanlış inancları, yazılmayan qanunları və qadağaları müşahidə edir, onların insanların yaşamına etdiyi təsirləri zaman- zaman qələmə alıram. Bu yazımda daha çox praktik məlumatlara yer verməyə fokuslandım. Bir növ, sağlam cinsi həyatınız olsun deyə nələr etməyiniz lazımdır sualına cavablar var aşağıda.
Yeni müşahidələrə əsaslanaraq, buradakı qeydlərdə artış olacaqdır.

  1. Hərşeydən əvvəl, cinsəllik fərdin öz bədənini yaxşı tanımağı ilə başlayır. Öz həzz nöqtələrinin fərqində olmağı və bunları partneri ilə paylaşmaqdan qaçmamağı daha doyumlu və sağlam cinsi əlaqənin yaşanmasına şərait yaradacaqdır.
  2. Cinsi istəkləriniz, arzularınız, fantaziyalarınız bir sirr deyildir. Parterinizlə bunu paylaşın.
  3. Cinsi istək özlüyündən yaranmır, oturub gözləməyin.
  4. Gərgin, neqativ, güvəndə hiss etmədiyiniz şəraitlərdə cinsi əlaqəyə girməyin. Partnerinizlə aranızda inciklik varsa bunları danışıb-həll etməyə çalışın. Əvəzində cinsi əlaqəyə girmək problemləri həll etmədiyi kimi, yataq problemləri də yarada bilər.
  5. Cinsi istəyinizin olub-olmadığına önəm vermədən əlaqəyə girməyin. Zoraki ediləcək birşey deyildir.
  6. Cinsi birləşmə öncəsi partnerinizə sevginizi göstərmək, bəyəndiyinizi, onu arzuladığınızı ifadə etmək lazımdır. Tələsik birləşməyə keçməyin. Bir-birinizi cinsi birləşməyə hazırlamaq kimi funksiyaları olan “ön sevişmə”yə çox zaman ayırın.
  7. Partnerlərdən biri hamiləlik istəmirsə, etibarlı vasitələrlə qorunun. Cinsi əlaqə zamanı hamiləlik qayğısı yaranarsa, bu əlaqənin arzulanan şəkildə keçməyəcəyi deməkdir. Qayğı və narahatçılıqdan uzaq tutun bir-birinizi.
  8. Qarşı tərəfi narahat edə biləcək ağız qoxusu, axıntı və s. problemləriniz varsa müalicə olunun. Sevişmə öncəsi gigiyenaya və təmizliyə həssas yanaşın.
  9. Partnerinizin sevişərkən sizi narahat edən hər hansısa davranışları varsa, bunu onunla paylaşın. Dözməyə çalışmayın.
  10. Cinsi istəklərinizi, arzularınızı, partnerinizin sizə etməyini istədiyiniz şeylər varsa onunla paylaşın. Həvəsinizi içinizdə qoymayın. Bunu qarşı tərəfə də yaşatmayın.
  11. Erkən boşalma vəya sərtləşmə probleminiz varsa, bunları müalicə etdirin. Bu problemlərlə cinsi həyatınızı davam etdirməyə çalışmayın.
  12. Partnerinizlə nəinki ümumi ünsiyyətiniz, seksual ünsiyyətiniz də məhdud olmamalıdır. Necə ki, bir-birinizə planlarınızdan, xəyallarınızdan bəhs edirsiniz, eynilə seksual istəkllərinizdən də danışmağınız lazımdır.
  13. Fiziki təmasınızı mümkün olduqca çoxaldın. Cinsi birləşmə xaricində də bir-birinizə sevginizi, arzunuzu bildirəcək davranışlar və təmaslar göstərin.
  14. Partnerinizi erotik olaraq sevişməyə hazırlayın. Hazırlıqsız penetrasiyaya (giriş) keçməyin.
  15. Bir-birinizi seksual olaraq oyandıracaq mesajlaşma, söhbət, erotik hədiyyələr, zarafatlar və s. kimi şeylərə meylli olun. Partnerlər arasında belə davranışlar ayıb deyildir. Edilməyi sağlamdır.
  16. “Cinsi əlaqədə aktiv olan tərəf kişi olmalıdır” tipli qeyri-sağlam, əsassız və problemli düşüncələrdən uzaq durun. Hər iki tərəfin istəkli, aktiv və hazır olduğu zaman baş verməlidir cinsi birləşmə.
  17. Fərqli cinsi fəaliyyətləri yoxlayın. Başdan aşağı, sırası dəyişməyən, rutin addımlarla cinsi həyatınızı inkişaf etdirə bilməzsiniz. İnkişaf etmədiyi zaman da, sağlam cinsi həyatdan söz gedə bilməz.
  18. Partnerinizin duyğusal və seksual ehtiyaclarının fərqində olun. “Əgər məni doğrudan sevirsə, o zaman nə etməli olduğunu bilir” tipli zərərli düşüncələrdən uzaq durun. Sevgi telepatik deyildir. Qarşı tərəfin ağıl-beyin oxumaq kimi qeyri-real bacarıqları yoxdur. Boşuna sizi önəmsəmədiyini düşünərək gərginləşməyin, xəyal qırıqlığı yaşamayın. Ehtiyaclarınız haqqında sözlü şəkildə danışın.
  19. Ön sevişmə bir məqsəd deyil, başlanğıcdır. Məqsədsiz seksin vacibiyyətini anlamaq üçün partnerlər öz duyğusallıqlarına və hissi davranışlarına fokuslanmalıdırlar. Seks sadəcə penisin vaginaya girişi deyildir. Ön sevişməsi ilə, toxunuşlarla, erotik fantaziyalarla, öpüşmələrlə bir bütünü yaratmağınız mümkündür. Beləcə, cinsi əlaqə zamanı bunun necə bitəcəyi basqısı və qorxusu da aradan qalxmış olacaqdır.
  20. Ünsiyyətdəki problemlərinizin cinsi həyatınıza təsiri və cinsi həyatınızdakı problemlərin ünsiyyətinizə təsirinə diqqət yetirin. Fərqindəliyinizi artırın. Yeniliklərə hər ikinizin həvəsli olmağı, münasibətinizi daha xoş edəcəkdir. Biriniz passiv olarsa, digəriniz onu sevmədiyinizi anlaya bilər.

Oxşar məqalələr

Cinsi Terapiya
Bu masturbasiya nəmənə olan şeydir?
Bəs onda niyə ərə getmisən?
Vaginizm haqqında əsas suallar və cavabları
Vaginizm nədir? Video
Qadınların yaşadığı cinsi problemlər: Vaginizm
Cinsi problemlər: Vaginizm
Gəlini çıldağa aparırlar…

shebnemsadigova.com saytında yayımlanan, sayta aid yazılar, məqalələr, xəbərlər icazə alınmadan nəşr etdirilməz, internetdə istifadə edilməz, çoxaldılmaz, yayımlanmaz. İcazəsiz istifadə edənlər haqqında hüquqi yollara müraciət ediləcəkdir.

Advertisements

Şərh yazın

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out /  Change )

Google+ photo

You are commenting using your Google+ account. Log Out /  Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out /  Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out /  Change )

w

Connecting to %s