Ölümü övladıma necə izah etməliyəm?

Yaşamımızda qəbul edilməsi çətin olan gerçəklərdən biri də ölümdür. Ancaq insanlar sarsıdıcı, pis təsir edən vəziyyətlərdə çıxış yolunu taparaq böyüyür, olğunlaşırlar. Qarşısını ala bilməyəcəyi itkiləri qəbul etmək, bununla yaşamağı öyrənmək və yaşama sevinci yaradaraq həyata davam etmək üçün uşaqlara lazımi dəstək olunmalıdır. Bu həssas dövr həm uşaq, həm də böyüklərə çətin olduğu üçün maksimum dərəcədə diqqətli olmaq lazımdır. Övladınızın ölümü necə anlamağı, ona necə reaksiya verməyi daha çox sizin davranışlarınıza bağlıdır.

Adətən valideynlər övladlarına həyatın bir gün sonlanacağını deməkdə çətinlik çəkirlər. Ana-atalar ölümdən bəhs edərək uşaqlarını incidəcəyini düşünür, onları qorumaq üçün isə bu mövzudan qaçır ya da müxtəlif yalanlar uydururlar. Əslində isə ölümün yaşamın sonu olmağı uyğun bir dillə uşağa izah edilməlidir.

Bəs mən ölümü necə övladıma uyğun dillə izah edə bilərəm?

  • Övladınıza bu xəbəri vermək üçün yaxınlarınızdan öncə davranmağa diqqət edin.
  • Səssiz bir yerdə, ona qayğı göstərərək izah etməyə çalışın.
  • Bu üzücü xəbərə ona birdən yox, dolayı yolla izah edin. Məs: “Çox üzüləcəyimiz bir hadisə baş verib. Nənən artıq yaşamır. O dünyasını dəyişdi, yəni öldü.”
  • Daha sonra isə “Ölmək” kəliməsinin mənasını izah edin. “Yaşayarkən nəfəs alırsan, yeyirsən, yatırsan, eşidirsən. Nənən artıq bunların heç birini edə bilməz. O daha bizimlə olmayacaq.”
  • Açıq və anlaşılan sözlərdən istifadə edin. Yalan söyləyərək övladınıza qohumunun bir gün gələcəyi ümidini vermiş olarsınız. Bundan qaçının. Məs: “nənən indi yatır.”, “nənən rayona gedib” və s.
  • Ölüm xəbəri sizi nə qədər dərindən sarsmış olsa da, övladınızla mehriban davranaraq izah etməyə çalışın. Belə olan halda o anlamadığı təqdirdə sizə suallar verəcəkdir.
  • Yaxının ölümündən sonra baş verə biləcəkləri ona səbrlə başa salın (yas mərasimi, dəfn olunma, insanların verə biləcəyi reaksiyaları, ziyarətə gələcək yaxınları və s.).
  • Həyatınızın yenidən qaydasına düşəcəyi barədə övladınıza güvən verin. Bir neçə gün içində məktəbə (bağçaya və ya evə) dönəcəyini xatırladın. Ailənizin sevdiyi insan olmadan da yaşamınızın davam edə biləcəyini izah edin.
  • Uşağınız sizin reaksiyanızı izləyir və ona uyğun reaksiyalar verir. Bunun üçün valideynlərin daha diqqətli olmasında fayda var.
  • Məktəb və ya bağçada yaxınınızın ölümü barədə məlumat verin. Məktəb (bağça) psixoloqu ilə bunu paylaşaraq övladınıza dəstək olması üçün xahiş edə bilərsiniz.

Ölüm adlandırdığımız, qəbul etməkdə çətinlik çəkdiyimiz bu hadisə yaşamın sona yetməsi deməkdir. Yaşamımızın sonlanacağını bilmək isə bizə həyatımızı daha mənalı yaşamağa, onun qədrini bilməyə yardım edir. Bunun üçün övladınızı vaxtında ölümdən xəbərdar edin.

Zəhra Qorxmaz
Psixoloq
Terapiya Evi
+99450 241 03 40

shebnemsadigova.com saytında yayımlanan, sayta aid yazılar, məqalələr, xəbərlər icazə alınmadan nəşr etdirilməz, internetdə istifadə edilməz, çoxaldılmaz, yayımlanmaz. İcazəsiz istifadə edənlər haqqında hüquqi yollara müraciət ediləcəkdir.

Advertisements

Şərh yazın

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out /  Change )

Google+ photo

You are commenting using your Google+ account. Log Out /  Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out /  Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out /  Change )

w

Connecting to %s