Övladım gecələr yatağını isladır!!!

Araşdırmalar göstərir ki, bu problemə adətən çəkingən, özünə güvənsiz, içinə qapanıq, ailə münasibətlərində problemi olan uşaqlarda rast gəlinir. Övladınız tualet vərdişinə yiyələnməsinə baxmayaraq, ayda dörd dəfə və ya daha artıq yatağını isladırsa, bunu problem hesab edərək, vaxtında professional yardım almaq lazımdır.

Enurezin (yatağını islatma) yaranma səbəbi fizioloji və ya psixoloji ola bilər. Fizioloji səbəblərə böyrək xəstəlikləri, idrar yollarında olan problemləri misal göstərmək olar. Psixoloji səbəblərə isə övladınızın diqqət cəlb etmək, qayğı ehtiyacı, sevilmək istəyi; valideynlərin onlara qarşı tənqidedici davranışları; uşaqların ata-anasından uzun müddət ayrı qalması və s. aid etmək olar.

Sizlər üçün, belə problemlə qarşılaşanda valideynlər necə davranmalı olduğunu bir yerə toplamışıq :

  • öncə övladınızın bu probleminin psixoloji və ya fizioloji olduğunu müəyyən etməli;
  • ona altını islatdığı üçün cəza verməkdən qaçının. Əksinə, yatağını islatmadıqda onu tərifləmək, xoşladığı bir hədiyyə almaq daha yaxşı olar.
  • altını ıslatdığı zamanlarda da ona qarşı hər zaman sevdiyinizi hiss etdirdiyiniz kimi hiss etdirin.
  • övladınız altını isladır deyə onun istəklərini geri çevirməyiniz, onu təhqir etmək və ya şəxsiyyətini alçaldacaq ifadələr işlətmək doğru davranış olmaz.
  • övladınızı gecələr müəyyən vaxtlarda tualetə getməsi üçün qaldırmanız yaxşı olardı.
  • ona açıq şəkildə bu problemdən xilas olmağın onun cəhdləri ilə mümkün ola biləcəyini izah edin. Bu ərəfədə onun yanında olub, yardım edəcəyinizi bildirin.

  Bütün bunlara əməl etməklə yanaşı mütəxəssisdən yardım alaraq bu problemdən daha rahat xilas ola bilərsiniz.
zehra1Mütəxəssislərin araşdırmaları erkən yaşlarda terapevtik dəstək alan uşaqların daha sağlam, özgüvənli, müvəffəqiyyətli olduğunu göstərir. Hər uşaq həyatında baş verən hadisələrə (ayrılıq, yaxının itirilməsi, ailədaxili münasibətləridə olan problemlər və s.) fərdi reaksiya göstərə bilər. Belə önəmli dəyişikliklər zamanı uşaq psixoloqundan dəstək almaq uşağınızın psixi sağlamlığı üçün önəmlidir. Bir valideyn olaraq övladınızın həyatında hər şeyin yolunda getdiyini düşünərkən, onun davranışları sizi narahat etmiş ola bilər. Unutmayın ki, onun davranışında baş verən ciddi dəyişikliklər (yuxu, yemək problemi; aqressiv davranışları; yatağını islatma və s.) iç dünyasında yolunda getməyən bir şeylər olduğunu göstərir. Bunu anlayıb, vaxtında uşaq psixoloquna müraciət edərək bununla övladınızın çətinlik çəkdiyi məsələləri aradan qaldıra və onun sağlam psixi inkişafını təmin edə bilərsiniz.

Övladınıza səbrli yanaşmanız diləyi ilə…

Zəhra Qorxmaz
Psixoloq
Terapiya Evi
050 241 03 40

shebnemsadigova.com saytında yayımlanan, sayta aid yazılar, məqalələr, xəbərlər icazə alınmadan nəşr etdirilməz, internetdə istifadə edilməz, çoxaldılmaz, yayımlanmaz. İcazəsiz istifadə edənlər haqqında hüquqi yollara müraciət ediləcəkdir.

Advertisements

Şərh yazın

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out /  Change )

Google+ photo

You are commenting using your Google+ account. Log Out /  Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out /  Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out /  Change )

Connecting to %s