Depresyondayım! amma hansında?!

Hansı növ depressiya simptomları göstərməyinizdən asılı olmayaraq həkiminizlə danışmağınız vacibdir! Düzgün tibbi müdaxilə və effektiv müalicə ilə depressiyanızın öhtəsindən daha tez zamanda gələcəksiniz.

DEPRESSİYA HAQQINDA ÜMUMİ MƏLUMAT:

Özünəməxsus əlamətləri, simpromları və müalicəsi ilə bir çox depressiya növləri mövcuddur. Bütün depressiya növləri eyni deyildir. Həmçinin klinik depressiya olaraq bilinən major depressiya və distimiya olaraq bilinən xronik depressiya ən geniş yayılmış növlərindəndir.

MAJOR DEPRESSİV POZUNTU

İnsanın işləmək, yuxu, qidalanma və bir zamanlar keyf aldığı fəaliyyətlərdən zövq alma qabiliyyətinə əngəl olan simptomların kombinasiyası ilə xarakterizə edilir.

Bəzi günlər bikef, kədərli, tənha vəya ümidsiz hissetdiyiniz zamanlar olur. Ancaq major depressiya fərqlidir. Normal fəaliyyətinizi əngəlləyə bilir. Klinik depressiyanın bir epizodu şəxsin həyatında sadəcə bir dəfə baş verir. Və əksər hallarda şəxsin bütün həyatı boyunca təkrarlanır.

Əlavə olaraq, major depressiyada simptomlardan biri ya depressiv əhval-ruhiyyə ya da maraq itgisidir. Əlamətlər hər gün və ya günün çox hissəsində ya da ən azından iki həftəlik müddətdə demək olar ki hər gün özünü göstərir. Eyni zamanda, depressiv simptomlar kliniki əhəmiyyət daşıyan izdirab və ya funksional pozuntulara səbəb olur.

XRONİKİ DEPRESSİYA VƏ YA DİSTİMİYA

Xroniki depressiya və ya distimiya uzunmüddətli (iki il və daha çox) depressiv əhval-ruhiyyə ilə xarakterizə edilir. Xroniki depressiya major depressiyadan daha az şiddətlidir və tipik olaraq şəxsi məhdudlaşdırmır. Distimiya və ya xroniki depressiyadan əziyyət çəkirsinizsə, həyatınız boyunca bir və ya iki epizod major depressiya təcrübəsi yaşaya bilərsiniz.

ATİPİK DEPRESSİYA

Atipik depressiyanın əsas simptomları:

Hədsiz çox qidalanma, hədsiz çox yuxu yatmaq, rədd edilməyə qarşı hədsiz həssaslıq, hadisələrə qarşı birbaşa reaksiyada pisləşən və ya artan əhval-ruhiyyə. Sadə depressiyada isə geniş yayılmış kədər diqqəti çəkir.

BİPOLYAR DEPRESSİYA VƏ YA MANİK DEPRESSİYA

Bipolyar pozuntu bəzən manik depressiya olaraq xatırlanılır, klinik depressiya periodları və ekstrim coşğu vəya maniya zamanları arasında dəyişən qarışıq bir əhval-ruhiyyə pozuntusudur. İki alt tipi vardır: bipolyar I və bipolyar II.

Bipolyar I`də xəstələrin ən az bir manik epizod keçmişi var, buna major depressiv epizodlar müşaiyət edə də bilər, etməyə də.

Bipolyar II`də xəstələrin ən az bir major depressiya epizodu və ən az bir hipomanik epizod keçmişi vardır.

MÖVSÜMİ DEPRESSİYA

Mövsümi depressiya, əksərən mövsümi affektiv pozuntu olaraq da adlandırılır, hər il eyni zamanda yaranır. Çox zaman payız və ya qış zamanı başlayır və yaz vəya yay aylarında bitir. “Qış sıxıntısı” və ya “qapalı yerdə qalma sıxıntısı”ndan daha çox şey ifadə edir. Bunun nadir formasına da “Yay depressiyası” deyilir, bahar sonu yay əvvəli başlayır və payızda bitir.

PSİXOTİK DEPRESSİYA

Psixotik depressiyada psixozun sayıqlama düşüncələri və ya digər simptomlara depressiya simptomları müşaiyət edir. Psixotik depressiya ilə gerçəklikdən qopurlar. Xəstələr halusiyasiyalar və deluziyalar təcrübə etməyə başlayır.

POSTPARTUM (DOĞUŞ SONRASI) DEPRESSİYA

Yeni ana olanların 75%i “körpə melanxoliyası” yaşayır. Lakin 10 anadan birində postpartum depressiya adı verilən daha ciddi bir vəziyyət yaranır. Ana doğuşdan sonrakı ay müddətində major depressiv epizod yaşadığı zaman postpartum diaqnozu qoyulur.

Mövzu ilə bağlı bir proqramda müzakirə etmişdik, videonu sizlərlə paylaşıram:

 

shebnemsadigova.com saytında yayımlanan, sayta aid yazılar, məqalələr, xəbərlər icazə alınmadan nəşr etdirilməz, internetdə istifadə edilməz, çoxaldılmaz, yayımlanmaz. İcazəsiz istifadə edənlər haqqında hüquqi yollara müraciət ediləcəkdir. 

Advertisements

Şərh yazın

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out /  Change )

Google+ photo

You are commenting using your Google+ account. Log Out /  Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out /  Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out /  Change )

Connecting to %s