İqnor edilmək – etinasızlıq

Uşaqların dünya ilə əlaqəli məlumatları və münasibətlərlə bağlı təcrübəsi onlara “ikinci əl” (second hand) olaraq gəlir. Bu ipuclarına cavab verən qayğıkeş ana ilə, uşaq özünün dəyərli və diqqətə layiq olduğuna inanmağa başlayır. Və bütün bunlar uşaq üçün sağlam bir özsayqı verən toxumlardır. Qayğıkeş ana, uşağa “olduğun kimi yaxşısan” mesajını verərək, ona dünyanı kəşf etməyi üçün cəsarət və güvən qazandırır. Ancaq, onu iqnor edən, ona etinasız yanaşan bir ananın yanında uşaq özünü bu dünyada ən gərəksiz varlıq olaraq görür, heç səbəbini də bilmədən..
Bu mövzuda aparılmış ən effektiv eksperiment 1975ci ildə Edward Tronick və əməkdaşları tərəfindən “Donuq üz” (Still face) adlandırılmışdır. Bu təcrübə sayəsində iqnor edilmişliyin uşaqlar üzərindəki təsirini əyani olaraq görə bilirik.

Video çəkilişi zamanı, ana öz körpəsi ilə aktiv şəkildə verbal və qeyri-verbal ünsiyyət içindədir. Bu ərəfədə uşaq da anaya qarşılıq verir, daha da enerjili və həvəsli olur. Maraqlı səslər çıxararaq özünü daha çox sevdirməyə başlayır. Bir müddət sonra anadan bütün bu ünsiyyəti kəsməyi və emosiyasız, donuq bir üz ifadəsi almağı istənilir. Körpə öz aktivliyinə davam edir, lakin, bir müddət sonra anasının ifadəsiz üzündən narahat olmağa başlayır. Hər zaman işə yarayan cəhdləri (gülüşü, sevimliliyi, çıxardığı əyləncəli səslər) boşa çıxmışdır. İqnor edilmişliyin verdiyi ağrı, qorxu və gərginliklə çırpınmağa başlamışdır.
Bu təcrübədən yola çıxaraq, valideyn-övlad arasında yaşananları illər üzərindən seyr etsək, uşaqların psixoloji və intellektual inkişafında nə dərəcədə əngəlləyici bir faktor olduğunu görmək çətin olmayacaqdır.
“Onlar” sussun deyə övlad sahibi olmağa çalışmağınız vəya olmağınız, uşağınıza etdiyiniz ilk haqsızlıqdır. Uşağa arzulanan olduğunu hiss etdirmək, özsayqısının inkişafına dəstək olmaq, dünyanı kəşf etməsində cəsarət verici olmaq (ilk öncə sizlərin bunlara hazır olmağınız gərəklidir) onun ilk illərində əvəzolunmaz sağlamlıq qazanmağına kömək edəcəkdir. Orada (uşağın dünyasında) ata və ana, diqqət və dəyər bütün deyilsə, uşağın inkişafı da yarımçıq olacaqdır.
Ay aman! Övladım mənə nifrət edir! adlı yazımda yuxarıda qeyd etdiklərimin daha geniş analizini oxuya bilərsiniz.
Psixi sağlamlığınızın qayğısına qalmanız diləyilə…
Şəbnəm Sadıqova
shebnemsadigova.com saytında yayımlanan, sayta aid yazılar, məqalələr, xəbərlər icazə alınmadan nəşr etdirilməz, internetdə istifadə edilməz, çoxaldılmaz, yayımlanmaz. İcazəsiz istifadə edənlər haqqında hüquqi yollara müraciət ediləcəkdir. 
Advertisements

Şərh yazın

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out /  Change )

Google+ photo

You are commenting using your Google+ account. Log Out /  Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out /  Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out /  Change )

w

Connecting to %s