Müalicə almaq qorxusu

Hər-hansısa problemdən əziyyət çəkirsinizsə, aldığınız terapiya ilk başda qorxuducu gələ bilər. Çünki, indiyə qədər qaçınmalarla davam etdirdiyiniz yaşamınızda, sizə tərs gələn riskləri almağınızı tələb edəcəkdir. Lakin, əslində bu risklər məqbul hesab olunur və sağlam, xoşbəxt bir həyata başlamağınız üçün dəstəkçi rolu oynayacaqdır. Onsuz da, terapiya müddətində bəzi riskləri almalı olduğunuz ərəfəyə gəlib çatdığınızda, bu riskləri almaq üçün hazır vəziyyətə gəlmiş olacaqsınız. Risk ala bilmək bacarıqlarınızı, hal-hazırdakı vəziyyətinizə baxaraq dəyərləndirməyin.

Qısacası, terapiyaların sizin şikayət etdiyiniz vəziyyəti pisləşdirmək kimi bir ehtimalı belə yoxdur. Təlim-tapşırıqları edərkən çətinlik çəkmə və stress yaşama ehtimalınız olsa da, terapiyanın tələblərini yerinə yetirdiyiniz zaman bu stress böyük səviyyədə azalacaqdır. Hazırki müddətcə tələblər sizə çətinlik törətsə də, uzun müddət rahat yaşamağınızı təmin edəcəkdir. Bu, ən böyük qazanclarınızdan birinə çevriləcəkdir.

İstənilən halda, əziyyət çəkdiyiniz psixoloji sıxıntı ucbatından yaşadığınız stress, terapiya tələblərini yerinə yetirərkən yaşayacağınız stresslə müqaisə belə olunmaz.

Sağlam və hüzurlu bir həyat, münasibət, ömür yaşamaq üçün, bəzi vərdişlərdən qurtulmağınız zamanı gəldimi sizcə?

 

Psixi sağlamlığınızın qayğısına qalmanız diləyilə…

Advertisements

Şərh yazın

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out / Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out / Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out / Change )

Google+ photo

You are commenting using your Google+ account. Log Out / Change )

Connecting to %s