Gəlin, şüuraltınızı təmizləyim..

Uzun zamandır ki, sosial şəbəkələrdə saxta psixoloqların və qeyri-ixtisasların etik kodekslərə, iş və tibb əxlaqına zidd olan fəaliyyətlərini müşahidə edirəm. Qanunvericilikdəki boşluqdan və insanların məlumatsızlığından yararlanan bu şəxslər, problemi olanları öz mənfəətlərinin qurbanına çevirirlər.
İş bununla da tamamlanmır. Pasientlərdə travmatik iz buraxa bilirlər. Onlarda çarəsizlik, ümidsizlik hissləri, terapistə və terapiyaya güvənsizlik, bütün həkimlərin “qaniçən” olduğuna dair inanclar və s. düşüncələri yaranmağa  başlayır.

Çarə axtaran insan, ən rahat aldadıla bilən insandır. Çünki tək istədiyi, problemdən qurtulmaqdır. Və təklif olunan hərşey, ona çıxış yolu kimi görünə bilir.

Şüuraltı təmizləyən, hipnoterapiya edən, travmaları yaddaşdan silən, kuantumçu və s. kimi titulları olan saxta psixoloq və həkimlər sosial şəbəkələrdən olmazın vədlər verirlər. Bir neçə gündə müalicə edəni, 100%lik qarantiya verəni, minnət edəni…

Bu kimi şikayətlərim var, hansı xəstəlikdir?
Bunun müalicəsi varmı?
Bu xəstəliyin hansı səviyyəsindəyəm?
Müalicə üçün kimə müraciət etməliyəm?
Hansı müalicə növü effektivdir? kimi sualların cavabları var və çox zaman dəqiq cavablandırmaq mümkündür. Lakin, müalicənin nə qədər çəkəcəyi, necə nəticələnəcəyi olduqca individualdır. Bunları əvvəlcədən dəqiq demək mümkün deyildir. Boş vəddir, aldatmadır.

Dəyərli insanlar, lütfən, araşdırmağa meylli, öyrənməyə açıq olun. Texnologiyanın bizə qazandırdığı şanslardan istifadə edək. Bir nəfərdən yox, beşindən soruşun. Sonunda qərarı siz verəcəksiniz. Elə qərar olsun ki bu, kaşki deməyəsiniz. Gözüaçıq olmaq, hərkəsdən şübhələnmək deyildir. Şübhəlilik insanın özünü etibarsız insana çevirər. Sorğulayın, araşdırın, oxuyun.

Məsləkdaşlarımı da, bu məsələlərdə həmrəy olmağa çağırıram. Sizlər məlumatlı olun ki, insanları da düzgün maarifləndirəsiniz. Və əminliklə saxta uzmanları ifşa edə bilər, nəyin qeyri-etik, nəyin istismarçı, nəyin savadsızca olduğunu düzgün izah edə bilərsiniz. Ən başda insanlarımızın sağlamlığı, sonra isə psixologiya elminin və tibbin düzgün təbliği naminə aktiv olun. Cəhalətə yol verməyin.

Psixi sağlamlığınızın qayğısına qalmanız diləyilə..

shebnemsadigova.com saytında yayımlanan, sayta aid yazılar, məqalələr, xəbərlər icazə alınmadan nəşr etdirilməz, internetdə istifadə edilməz, çoxaldılmaz, yayımlanmaz. İcazəsiz istifadə edənlər haqqında hüquqi yollara müraciət ediləcəkdir. 

Advertisements

Şərh yazın

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out / Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out / Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out / Change )

Google+ photo

You are commenting using your Google+ account. Log Out / Change )

Connecting to %s