Həkimlə ünsiyyət qorxusu

– bəs görəsən bu problemim nədən qaynaqlanır? ciddi birşeydir?
+ bayaq həkimindən niyə soruşmadın?
– nə bilim.. qorxdum sual verməyə. hirslənərdi birdən..

Bu tip dialoqlara çox rast gəlirik. Nəinki həkim, başqa sahə üzrə işləyən insanlara qarşı da belə bir çəkingənlik var xalqımızda. Həkimin, istənilən mütəxəssisin vəzifəsi, məsuliyyətidir sizi məlumatlandırmaq, muayinə etmək, sizi dinləmək və ən əsası da anlamaq. Əgər birindən verdiyiniz suala qarşı hər hansısa məsuliyyətsizlik hiss edirsinizsə, bu haqda ona fikrinizi bildirmək və hörmətli şəkildə, səbrlə cavabı gözləmək də sizin haqqınızdır.

Bir həkimin, mütəxəssisin qəbuluna gələn şəxslə görüşdə diqqət etməli olduğu məqamlar:

– Rəsmi, lakin, səmimi şəkildə qarşılamaq,maxresdefault
– Şikayət vəya müraciətini dinləmək və anlamaq,
– Onun özünü rahat hiss etməyinə şərait yaratmaq,
– Onun güvənini qazanmaq,
– Ona hörmət etdiyinizi hiss etdirmək
– Verdiyi məlumatların gizliliyə həssas yanaşdığından əmin etmək və s.

Bir həkimi, mütəxəssisi araşdırarkən vəya ona sual yönləndirərkən, diqqət etməyimiz lazım olan məqamlar:

– Onunla görüşünüzün məqsədindən kənara çıxmamaq,
– Şəxsi həyatına dair suallar verməmək,
– Rəsmi, lakin, həm də səmimi olmaq,
– Çəkinmədən, nəzərdə tutulan sualları yönləndirmək,
– Həkimlə görüşməzdən öncə soruşmaq istədiyiniz sualları qeyd apararaq, konkretləşdirmək və s.

İstər psixi, istərsə də ümumi sağlamlığımızla bağlı şikayətimiz vəya şübhəmiz varsa, bunu biriylə paylaşmaq çox çətindir. Biraz zaman alır. Lakin, həmin sahəyə aid olan mütəxəssisi tapmış olmaq, bu yükü çox azaldır. Görüş ərəfəsini özünüz üçün çətinləşdirməyin. Sizin rahatca özünüzü ifadə etməyiniz, həkimə də kömək edəcəkdir. Əgər özünüifadə ilə bağlı sıxındı yaşayırsınızsa, bunu həkimin anlamağı və sizə rahat olacağınız şəraiti yaratmağı lazımdır.

Psixi sağlamlığınızın qayğısına qalmanız diləyilə..

shebnemsadigova.com saytında yayımlanan, sayta aid yazılar, məqalələr, xəbərlər icazə alınmadan nəşr etdirilməz, internetdə istifadə edilməz, çoxaldılmaz, yayımlanmaz. İcazəsiz istifadə edənlər haqqında hüquqi yollara müraciət ediləcəkdir. 

Advertisements

Şərh yazın

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out / Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out / Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out / Change )

Google+ photo

You are commenting using your Google+ account. Log Out / Change )

Connecting to %s