Qələbə xəbərçiləri

Noyabr bitir. Və bu ay, iki mənəvi övladım dünyaya gəldi. Onların sayı 18ə çatdı artıq. 6sı qızdır, 12si oğlan. Valideynləri, hər onların gözünə baxdığında qələbəni görəcəklər. Vaxtilə cinsi problemlər yaşayırdılar, lakin, iş təkcə bununla bitmirdi.
Etiraf edək ki, ölkəmiz bəzi məqamlarda olduqca qəddardır. Ölkə dediyim, əslində bizlərik. Üzləşmək çətin olsa gərək. Ölkə, torpaq, “onlar” adı altında, özünü tənqiddən qaçarıq.
Yeni evlənmiş, cinsi problemi olan, “hələ ki” övladı olmayan və s. insanlara qarşı anlayışsız, qeyri-insani ola bilirik çox zaman. Nəinki, qarşıdakının bu qədər intim məsələlərinə üzsüzcə soxulmuş olmağımız, heç onları incitməyimiz belə ağlımıza gəlmir. Hamısı öyrənilmiş davranışlardır. Bizə bunun səhv olduğunu deyən olmamışdı.
Qələbə xəbərçisi adlandırdığım körpələr məhz bizim kimi qəddarları hər cəhətdən susdurmaq üçün dünyaya gəlirlər. Valideyn eqoizminə bu dəfə toxunmayacağam. Çünki mənəvi övladlarım, valideynlərinin çəkdiyi əziyyətlərin bəhrəsidir. Bizim kimi insanların arasında nəinki hamilə qalmayan, heç cinsi əlaqəyə girə bilməyən bir insan olmaq, yaşanan fiziki çətinlikləri daha da alovlayır.
Bu, 18 körpəm vaginizmdən əziyyət çəkən cütlüyün qələbəsidir. Hələ sonsuzluq diaqnozu almış cütlüklərdən bəhs etmirəm. Zamanı gəldiyində sizə onlardan da yazacağam.

Azərbaycanda yaratdığım “Reproduktiv sağlamlıqda psixoloji dəstək” sistemi sayəsində, çox sayda sonsuzluq diaqnozu qoyulmuş cütlüklərlə görüşdüm. Bu 1 il müddətində, müalicə alan, süni mayalanma başlatan, donor sayəsində hamilə qalan, övladlıq götürmək qərarı alan və s. bir çox cütlüklə tanış olma şansı qazandıq. Onların da öz Qələbə Xəbərçiləri var. Xilaskar balalarım, ailələrinə daha çox həyat eşqi verdilər.

Unutmayın! Övlad, onu qucaqladığınızda, nəfəsini hiss etdiyinizdə, ona qayğı göstərdiyinizdə, himayə etdiyinizdə, sağlam təməl qoyduğunuzda övlad olur. Necə dünyaya gətirməklə yox. Belə qəddar kapitalizmin ağuşunda olduğumuz bir zamanda, öz canının məsuliyyətini daşımaq bu qədər çətin ikən, bir başqa canı himayə etmək qəhrəmanlıqdır.
Mən, bütün mənəvi balalarıma ifadə edilməz bir eşqlə bağlıyam. Adlarıyla onları sevir, simalarını görcək xoşbəxt oluram. Onları ətrafımda xəyal edərək qanadlanıram. (məqalənin başlığında istifadə etdiyim şəkillə bu xoşbəxtliyi ölçə bilərsiniz)

Qələbə xəbərçilərinizin çox olması və psixi sağlamlığınızın qayğısına qalmanız diləyiylə..

Müjdəli Məktublar
Süni mayalanmaya psixoloji dəstək
Stressin sonsuzluq müalicəsinə təsiri
Vaginizm

shebnemsadigova.com saytında yayımlanan, sayta aid yazılar, məqalələr, xəbərlər icazə alınmadan nəşr etdirilməz, internetdə istifadə edilməz, çoxaldılmaz, yayımlanmaz. İcazəsiz istifadə edənlər haqqında hüquqi yollara müraciət ediləcəkdir. 

Advertisements

One thought on “Qələbə xəbərçiləri

Şərh yazın

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out / Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out / Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out / Change )

Google+ photo

You are commenting using your Google+ account. Log Out / Change )

Connecting to %s