Eşitmək və dinləmək

5995864_orig

İlki qeyri-ixtiyari olduğu üçün asandır. Hərkəs bacarır.
İkincisi isə öyrənmək, səy göstərmək ehtiyacı duyurur.
Doğuşdan yaxşı dinləyici olan insanların sayı azdır. Əksərən bu bacarıqları insan özü inkişaf etdirməli, möhkəmləndirməlidir.
Qarşıdakını anlamağın yolu onu yaxşı dinləməkdən keçər. Eşitmə prosesi, bizim iradəmizdən kənar baş verir, ətrafdan gələn bütün səsləri eşidərik. Lakin, onlardan bizə lazımlı olanı, istədiyimizi dinləyərik.
Kapitalizmin tüğyan etdiyi bir dövrdə yaşamağın bizə qazandırdığı maddiyyata bağlı fikir yoğunluğu və yorğunluğu ucbatından, qarşımızdakını “dinləyərkən” belə iç dünyamızda problemlərimizi çək-çevir edərik. Qarşımızdakı sadəcə bir ayna roluna girər. Onu görərik, ona baxarıq, onu eşidərik, lakin, dinləmərik.
Bugün necə bir dinləyici oldum? deyə soruşun özünüzdən.
Həmsöhbətimin dediklərinin nə qədərini dinlədim?
Qarşımdakı məni həqiqətən dinlədiyində özümü necə hiss edirəm?
Boş bir ifadəylə üzümə baxdığında necə hiss edirəm?
Dinləmənin hər zaman baş vermədiyini, çox vaxt sadəcə eşidərək yola davam etdiyimiz reallığını kəşf etdiyimizdə ilk başda bizi incidə bilər. Lakin bu öyrənilən birşeydir. Eşitmək dinləməyə şərait yaradır, dinləmək anlamağa, anlamaq isə üfüqü açıq, sonsuz zənginliklərlə dolu bir qavramdır.

Dinləyənləriniz bol olsun!

Şərh yazın

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Google+ foto

Google+ hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

%s qoşulma