Anoreksiya nervoza

ANOREKSİYA NERVOZA: yemə pozuntusudur. Anoreksiyalı insanların hədsiz dərəcədə kökəlmək qorxuları vardır. Yediklərini tamamilə azaldaraq, təhlükəli səviyyədə arıqlaya bilirlər. Anoreksiya həm bədənə həm də insanın zehninə təsir edir. Dietayla başlayıb daha sonra kontroldan çıxa bilirlər. Daima dieta, qidalanma və arıqlama haqqında düşünməyə başlayırlar. Çəlimsiz bir bədənə sahib olsalar da, ətrafdakıların onlara “arıqsan” demələrinə baxmayaraq, onlar güzgüdə öz əkslərini kilolu olaraq görürlər.
Anoreksiya gənclik dövründə başlayır. Qadınlarda kişilərə nisbətən daha çox müşahidə olunur. Erkən müdaxilə və mualicə daha effektivdir. Əgər mualicəyə geciksə bu zaman xəstəlik ömür boyu davam edəcək bir problemə çevrilir. Mualicə edilməmiş anoreksiya ölümcül aclığa və osteoporoz (sümük əriməsi), böyrək zədələnməsi və ürək-damar xəstəliklərinə və s. yol aça bilir. Bəzi insanlar bu problemlərdən ölür.
Sizdə və ya tanıdığınız birində anoreksiya varsa tez zamanda mualicə alın. Zaman keçsə, sağalması daha çətin hala gələ bilər. Mualicəylə şəxs həm özünü daha yaxşı hiss edər, həm də sağlam bədən ağırlığına qovuşar.

ƏLAMƏTLƏRİ:
– normadan çox arıq olurlar,
– kökəlməkdən hədsiz qorxurlar,
– normal kiloda qalmağı rədd edirlər,
– çox arıq olsalar da, kök olduqların düşünürlər,
– həyatlarını arıqlamağa sərf edirlər,
– yeyəcəkləri miqdarı çox azaldırlar,
– xəstə olsalar belə, çox idman edirlər,
– kökəlməmək üçün özlərini qusdururlar.

BU HALLAR DA MÜŞAHİDƏ OLA BİLƏR:

– psixoloji pozuqluqlar, xüsusilə depressiya,
– yaşıdlarından daha uşaqsı hərəkətlər,
– əsəbilik ya da sosial əlaqələr qurmaqdakı çətinlikləri səbəbindən digər insanlarla problemli münasibət qurma,
– obsessiv-kompulsiv xüsusiyyətlər.

Anorexia_Nervosa_by_moi22

Şəbnəm Sadıqova
Psixoterapevt
+99450 241 03 40
Bazar ertəsi-Şənbə
9:00-18:00

Şərh yazın

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Google+ foto

Google+ hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

%s qoşulma